Ordumuzla qürur duyuruq
25.06.2025 [20:29]
YAP Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun –Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə “Ordumuzla qürur duyuruq” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada 44 günlük Vətən Müharibəsi iştirakçıları, qazilər, şəhid ataları, rayonun ictimai- siyasi həyatında fəal olan partiya üzvləri iştirak edirdilər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığını bildirib. O, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunduğunu, haqq, ədalətin yerini tapdığını vurğulayıb. Qeyd edib ki, bu qələbəni xalqımıza bəxş edən Vətən övladları daim hər cür diqqət və qayğı ilə əhatə olunmalıdır.
G.Bayramov həmçinin bildirib ki, belə tədbirlərin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Vətən müharibəsi qəhrəmanlarının ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda keçdikləri şərəfli döyüş yolunu böyüməkdə olan nəslə örnək kimi təqdim etməkdir.
Daha sonra dəyirmi masada iştirak edən Azərbaycan Milli Qəhrəmanı Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, 44 günlük Vətən müharibəsi iştirakçısı ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş şəhid leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayonu üzrə sədri Mirzəmməd Orucov, 44 günlük Vətən müharibəsi iştirakçısı ehtiyatda olan polkovnik-leytenant Aydın Şıxəliyev çıxış edərək xalqımızın Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününü xüsusi ovqat, böyük məmnuniyyət və qürur hissi ilə qeyd etdiyini bildiriblər. Qeyd ediblər ki, 44 günlük Vətən müharibəsi sübut edib ki, Azərbaycan hərbçisi nəinki Qafqaz regionunun ən güclüsüdür, eyni zamanda dünyanın ən peşəkar, ən qətiyyətli döyüşçüsüdür. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.
Sonda şəhid ataları Xaləddin İsgəndərov, İlham Məmmədov, 44 günlük Vətən Müharibəsi iştirakçısı Vətən Müharibəsi Qəhrəmanı Əli Hüseynov YAP Samux rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

