/ / İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var
08.07.2025 [19:43]
Xaləddin Tağıyev,
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini
İyulun 4-də qədim Azərbaycan torpağı olan Qarabağda, Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Azərbaycan artıq üçüncü dəfə idi ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edirdi. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüş zamanı dedi ki, "Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığını bildirdi. 30 il ərzində Ermənistan tərəfindən viran qoyulmuş şəhər və kəndlər, dağıdılmış mədəni və dini irs, basdırılmış milyonlarla mina-bütün bu fəsadlar dövlət tərəfindən aradan qaldırılır. Artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır və fəaliyyət göstərir. Zirvə görüşünün başqa mühüm məqamı Azərbaycanın regional təşəbbüsləri və enerji layihələri ilə bağlı idi. Prezident cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və tranzit potensialını getdikcə artırır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri region ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsi baxımından strateji önəm daşıyır. Qarabağda keçirilən bu cür beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq diplomatiyadakı fəallığının nəticəsidir. ECO Zirvə görüşü çərçivəsində həm də bir sıra yeni təşəbbüslər irəli sürülüb. İlk dəfə olaraq təşkilat çərçivəsində ECO Həftəsi elan edilib, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu təşkil olunub. Bu tədbirlər Azərbaycanın təşkilata inteqrasiya prosesini daha da dərinləşdirir. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular da Azərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur. Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalq gündəliyə ən çox töhfələr verən ölkələrdən biridir. Bu baxımdan keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında keçirilmiş COP29 konfransına ölkəmizin sədrliyi xüsusi qeyd olunmalıdır. Hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davam edir. Əlbəttə ki, bütün bunlar həm İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə, həm beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Diqqətəlayiq haldır ki, ECO-ya üzv ölkələr tərəfindən Azərbaycanın bu kimi təşəbbüsləri yüksək qiymətləndirilir və dəstəklənir.
Nəticə etibarilə, Prezident cənab İlham Əliyevin Xankəndidəki çıxışı və ev sahibliyi etdiyi Zirvə görüşü Azərbaycanın güclənən mövqeyini, iqtisadi və diplomatik fəallığını, həmçinin tarixi ədalətin bərpası istiqamətində atdığı ardıcıl addımları bir daha nümayiş etdirdi. Qarabağ bu gün sülhün, bərpanın və beynəlxalq əməkdaşlığın yeni simvoluna çevrilməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52

