“Müasir gənclik: milli dəyərlər, yeni düşüncə və gələcəyə baxış”
16.07.2025 [17:44]
İyulun 16-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və YAP İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Müasir gənclik: milli dəyərlər, yeni düşüncə və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları İsmayıllı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov gənclərin hər bir cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan gəncləri ölkəmizin ümumi inkişafına mühüm töhfə verirlər. Z.Muradov qeyd edib ki, bundan sonrakı mərhələdə də onların üzərinə düşən əsas vəzifə müstəqil dövlətimizi və milli dəyərlərimizi qorumaqdan ibarətdir.
Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən bəhs edib. Z.Musayeva qeyd edib ki, Azərbaycanda dövlət gənclər siyasətinin müəllifi Ulu Öndər Heydər Əliyevdir: “Ümummilli Lider hər zaman Azərbaycan gəncliyinə böyük qayğı ilə yanaşıb. 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan olunması dahi şəxsiyyətin gənclərə verdiyi dəyərin parlaq ifadəsidir. Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimiz bundan sonra da onlara göstərilən etimadı doğrultmalı, milli dəyərlərimizi qorumaqla daha uğurlu gələcək üçün çalışmalıdırlar”.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb: “Prezident İlham Əliyev tərəfindən gənclərə diqqət və qayğı göstərilməsi, qəbul olunmuş proqramlar dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu prosesdə gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiqliyi, bu dəyərlərə ehtiramı xüsusi vurğulanmalıdır”.
YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva isə rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbəsinin milli kimliyimizin, vətənpərvərlik və dövlətçilik dəyərlərimizin real təzahürü olduğunu deyib.
O qeyd edib ki, Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. “Həmin gənclərin mütləq əksəriyyəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə formalaşmış gənclərdir. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Beləliklə, gənclərimiz bu müqəddəs mübarizədə milli dəyərlərimizə nə qədər sadiq olduqlarını bir daha təsdiqlədilər”, - deyə S.Xasayeva vurğulayıb.
Tədbirdə, həmçinin İsmayıllı rayonu üzrə təhsil sektorunun müdiri Rəşid Məmmədli və rayonun Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Nərmin Osmanlı çıxış edərək ölkədə aparılan məqsədyönlü gənclər siyasətindən və bu istiqamətdə atılan addımlardan, qarşıda dayanan vacib hədəflərdən danışıblar.
İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

