/ / Azərbaycan cəmiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir
Azərbaycan cəmiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir
19.09.2013 [10:10]
YAP Göygöl rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini keçirib
Dünən YAP Göygöl rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Hacıməlik qəsəbəsi və Mollacəlilli kəndində seçicilərlə növbəti görüşlərini keçirib.
Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Turani Əliyev deyib ki, ötən 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm inkişaf yolu keçib: “Həm daxili, həm də xarici siyasət ölkəmizin milli maraqlarına uyğun həyata keçirilib, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycanın sürətli iqtisadi inkişafı, təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitlik bir çox dünya ölkələrinə nümunədir”.
Onun sözlərinə görə, bütün bunların nəticəsidir ki, hazırda Azərbaycan cəmiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir. “Seçiciləri qarşıdan gələn prezident seçkilərində aktiv iştirak etməyə və partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram” - deyə, T.Əliyev əlavə edib. O, bildirib ki, cənab İlham Əliyevin üstün qələbəsi Azərbaycanın gələcəyə inamla addımlaması demək olacaq.
Təbliğat qrupunun üzvü Hacı Kərimov isə deyib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur. Sosialyönümlü iqtisadiyyat inkişaf etdirilir, hər bir sahə və sektorda dinamik inkişaf göstəriciləri qeydə alınır. Bütün bu əsaslar xalqımızın qarşıdan gələn prezident seçkilərində də cənab İlham Əliyevə səs verməsini şərtləndirir. Bu, Azərbaycanın parlaq gələcəyinə səs vermək deməkdir” - deyə, H.Kərimov vurğulayıb.
Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev isə çıxışında “Müasir müstəqil Azərbaycanın inkişafı Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə əsaslanır”, deyib. Cənab İlham Əliyevin dünya miqyasında nüfuzlu siyasətçi kimi tanındığını bildirən sədr müavini əlavə edib ki, Azərbaycan xalqının yeganə seçimi Prezident İlham Əliyevdir. O, cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanacağına əmin olduğunu əlavə edib.
Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veysov isə deyib ki, Azərbaycan cəmiyyətinin yeganə seçiminin cənab İlham Əliyev olması təsadüfi xarakter daşımır. “Cənab İlham Əliyev 10 il ərzindəki fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi. Hesab edirəm ki, bu gün Azərbaycan seçicisi öz seçimini Prezident İlham Əliyevin lehinə etməlidir” - deyə, o, vurğulayıb.
NURLAN
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

