Haqq-ədalətin zəfəri:Yeni inkişaf və sabitlik dövrünün başlanğıcı!
16.08.2025 [18:35]
Avqustun 8-də Ağ Evdə, ABŞ-ın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. Tərəflər bununla yalnız sülhə deyil, bütövlükdə regionun yeni inkişaf mərhələsinə qədəm qoymasına imza atdıqlarını göstərdilər.
Vaşinqton görüşündə iki xalq arasında qarşılıqlı anlaşma, birgə əməkdaşlıq, təhlükəsizlik və rifahın təmin olunması üçün möhkəm təməl atıldı: “Qalib tərəf olmağına rəğmən, daim sülh və əməkdaşlığın tərəfdarı olan Azərbaycan tərəflər arasında etimadın möhkəmləndirilməsi, siyasi-iqtisadi münasibətlərin qurulması, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası üçün əməkdaşlığa hər zaman hazır olduğunu bəyan edib.
Bu baxımdan, bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru atılmış mühüm addımdır. Birgə Bəyannamə mövcud postmüharibə dövründə Cənubi Qafqaz regionunun mürəkkəb geosiyasi reallıqları fonunda Sülh sazişinə aparan və konkret yol xəritəsini özündə ehtiva edən önəmli sənəddir.
Hadisələrin bu mərhələyə gəlib çatması heç də asan və təsadüfi olmayıb. Belə ki, illərlə davam edən münaqişədən sonra əldə edilmiş bu uğur, əlbəttə ki, Prezident İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi, istərsə də birgünlük antiterror tədbirləri zamanı döyüş meydanında Ali Baş Komandan kimi qazandığı parlaq Zəfərin məntiqi davamı olaraq, diplomatiya sahəsində göstərdiyi qətiyyətli və uzaqgörən siyasətin, sarsılmaz liderliyin yekun nəticəsidir.
Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapıb. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulayıb.
Zəngəzur dəhlizi (TRIPP) türk dövlətləri arasında mövcud münasibətləri də dərinləşdirərək, Azərbaycanı Türkiyə və digər türk dövlətləri ilə daha da sıx birləşdirəcək.
ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri yalnız regionda davamlı sülh və sabitliyin bərqərar olması baxımından deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı üçün böyük tarixi əhəmiyyət daşıyır.
Ölkəmiz üçün digər önəmli strateji qərarlardan biri də 1992-ci ildən bəri ABŞ tərəfindən haqsız şəkildə tətbiq edilən, keçmişin mənfi mirası 907-ci düzəlişin ləğvidir ki, bu da olduqca önəmli tarixi hadisədir. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi.
Beləliklə, yüksək liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyevin çoxşaxəli siyasi-diplomatik uğurları nəticəsində bu gün nəinki sülh prosesində, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərində yeni və parlaq səhifə açıldı.
Atılan bu addımlar, imzalanan sənədlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında tarixi sülh müqaviləsinin imzalanmasına və Cənubi Qafqazın gələcək siyasi-iqtisadi strukturunun formalaşmasına töhfə verəcək.
Bu, yalnız münaqişənin sonu deyil, həm də haqq-ədalətin zəfəri – yeni əməkdaşlıq, inkişaf və sabitlik dövrünün başlanğıcıdır.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

