/ / Bu seçkilər də Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qələbəsi ilə başa çatacaq
Bu seçkilər də Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qələbəsi ilə başa çatacaq
22.09.2013 [10:49]
Goranboy rayonunun Fəxralı, Alpout, Sarov, Yəhərçi və Qazaxlar kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Kampaniya çərçivəsində növbəti görüşlər rayonun Fəxralı, Alpout, Sarov, Yəhərçi və Qazaxlar kəndlərində keçirilib.
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov deyib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyamızı ümumxalq partiyasına çevirib: “Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda lider dövlətə, həm də beynəlxalq miqyasda nüfuzlu ölkəyə çevrilib”.
E.İsmayılov Yeni Azərbaycan Partiyasının 21 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir sıra uğurlara imza atdığını bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə demokratik cəmiyyətin formalaşmasının əsası qoyulub: “21 il ərzində Azərbaycanın müstəqilliyi möhkəmlənmiş, ölkəmizin qüdrəti daha da artmış və Azərbaycan dünyada müasir dövlət kimi tanınmışdır”.
YAP Goranboy rayon təşkilatının sədri seçiciləri Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Mahir Aslanov Azərbaycanın keçdiyi inkişaf mərhələsindən danışıb. Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirən millət vəkilinin sözlərinə görə, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır: “Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında avanqard yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir, nüfuzlu dövlət kimi tanınır”.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanda milli həmrəyliyi və bütövlüyü, ictimai-siyasi sabitliyi, sürətli inkişafı təmin etdiyini deyən millət vəkili əlavə edib ki, bu gün Azərbaycan vətəndaşları öz ictimai-siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayırlar: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə qazanıb. Əminəm ki, bu seçkilər də Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qələbəsi ilə başa çatacaq. Mən Goranboy seçicilərinin layiqli namizədə - Prezident İlham Əliyevə səs verəcəklərinə inanıram”.
Azərbaycan Respublikası Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev isə qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, əldə edilən nailiyyətlər hər bir Azərbaycan vətəndaşında məmnunluq hissi yaradır. Əldə edilmiş bütün nailiyyətlərin əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur: “Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, elm və təhsilin inkişaf etdirilməsi istiqamətində atılan addımlar, bütün sahə və sektorlarda görülən işlər Azərbaycanı güclü və modern bir dövlətə çevirib”.
Seçicilər Rafiq Sadıqov, Cavid Yusibov, Cavanşir İmamquliyev, Məharət Şəfiyeva, Firdovsi Əliyev, Saləddin Əliyev, Vilayət Sarıyev, Məlahət Cavadova, Xəyalə İsmayılova və digərləri YAP-ın namizədi cənab İlham Əliyevi dəstəklədiklərini və 9 oktyabrda öz səslərini Yeni Azərbaycan Partiyasının namizədinə verəcəklərini bəyan ediblər.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17

