Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar hər bir sahədə köklü dəyişikliklərə şərait yaradıb
22.09.2013 [10:54]
Tərtərdə də cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayonun mərkəzi stadionunda rayon sakinlərinin iştirakı ilə möhtəşəm mitinq-konsert keçirilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizin vacib bir siyasi proses ərəfəsində olduğunu deyib. Bu prosesdə hər bir seçicinin fəallıq göstərməsinin zəruri olduğunu bildirən Ramiz Şabanov əlavə edib ki, seçkilərdə cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir.
Rayon təşkilatının sədri deyib ki, seçicilərin növbəti dəfə cənab İlham Əliyevə səs vermələri üçün yetərincə əsaslar var: “Belə ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir”.
Rayon təşkilatının sədri bildirib ki, hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır: “Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə biz tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəyik”.
Çıxış edən millət vəkili Sahib Alıyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurların hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu və bunun vətəndaşlarımızın həyatında öz əksini tapdığını bildirib: “Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Tədbirdə çıxış edən akademik Vaqif Abbasov deyib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən 10 il ərzində yüksək templə inkişaf edib: “Bu inkişaf isə özünü hər bir sahədə göstərir. Yəni, bir neçə il öncə Azərbaycan xarici investisiyadan asılı idisə, bu gün, artıq sərmayə qoyan ölkəyə çevrilib. Dünən ölkəmiz qazı idxal edirdisə, bu gün isə artıq qaz ixrac edir. Bütün bunlar isə məhz Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsidir”.
Çıxışının sonunda akademik bir daha seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Sonda respublikamızın tanınmış incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

