Seçicilər inkişaf siyasətinin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcəklər
24.09.2013 [10:39]
YAP Göygöl rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zurnabad kəndi və Gəncə qəsəbəsində seçicilərlə növbəti görüşlərini keçirib.
Öncə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev Azərbaycanın cənab İlham Əliyevin ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə keçdiyi inkişaf yolundan bəhs edib. O qeyd edib ki, Azərbaycan hakimiyyətinin siyasəti birbaşa olaraq vətəndaşların sosial rifah halının yüksəldilməsinə, onların yüksək səviyyəli həyat şəraiti ilə əhatələnməsinə, həmçinin, mükəmməl təhsil almasına, sağlam, vətənpərvər yetişməsinə, hüquq və azadlıqlarının müdafiə edilməsinə istiqamətlənib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinə nəzər salarkən bu xətti açıq şəkildə müşahidə etmək olur. “Heydər Əliyevin siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın lider dövlətləri sırasında addımlayır. Bütün bunların nəticəsidir ki, Azərbaycan seçicisinin birmənalı seçimi məhz cənab İlham Əliyevdir. Əminliklə deyə bilərəm ki, qarşıdan gələn prezident seçkilərinin nəticələri bunu növbəti dəfə nümayiş etdirəcək” - deyə, təşkilat sədri əlavə edib.
Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının sədr müavini Nuranə Quliyeva isə öz növbəsində bildirib ki, Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb. “Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən 10 ildə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə təxminən 20 dəfə artmasının təmin edilməsi, bir milyondan artıq yeni iş yerinin açılması və yoxsulluq səviyyəsinin 50 faizdən 6 faizə düşməsi bunun bariz təsdiqidir. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib və ona görə bu siyasətin davamı cəmiyyətin bütün təbəqələrinin istək və arzusudur. Mən seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıram” - deyə, o vurğulayıb.
YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev isə qeyd edib ki, Azərbaycanın inkişafı, əldə edilən möhtəşəm nailiyyətlər məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu ilə əlaqədardır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı dinamik tərəqqi yoluna çıxarıb. Bu uğurların qarşıdakı illərdə davam etməsi üçün Azərbaycan ictimaiyyəti xalqımızın alternativsiz seçimi olan cənab İlham Əliyevə səs verəcək”.
“Azərbaycan bu gün dünyada dinamik iqtisadi inkişafa malik olan, həmçinin, yerləşdiyi regionun lider dövləti kimi tanınır. Bütün bunları təmin edən amil cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətidir. Ona görə də bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Goranboy ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və oktyabrın 9-da bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”. Bunu isə YAP Göygöl rayon təşkilatının Aparat rəhbəri Rəşad Veysov qeyd edib.
Çıxış edənlərdən təbliğat qrupunun üzvü Veys Veysov, seçicilər Telman Qocayev, Azadə Yusibova və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edib və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə qələbə qazanacağına inandıqlarını bildiriblər.
NURLAN
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

