İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət vətəndaşlar tərəfindən dəstəklənir
26.09.2013 [10:52]
Bu fikirlər Laçından olan məcburi köçkünlərlə keçirilən növbəti görüşdə səsləndirilib
YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin Laçın rayonu üzrə seçki qərargahının üzvləri dünən laçınlılarla növbəti görüşlərini keçiriblər.
Seçicilərlə görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıb: “Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə uğur əldə edib. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Bütün bunları nəzərə alan hər bir seçici 9 oktyabr prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməlidir”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nazim Fərəcov bildirib ki, cənab İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan regionun ən qüdrətli ölkəsinə çevrilib: “Bu gün də möhtərəm Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl sürətdə davam etməkdədir. Ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin əsas komponenti olan iqtisadi inkişafın təmin ediməsi bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Biz bir xalq, millət olaraq Onunla fəxr edirik və inanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən qalib gələcək”.
Görüşdə çıxış edən Vaqif Şükürov, Polad Nəsirov bildiriblər ki, Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev dünyanın ən nüfuzlu və güclü siyasi lideridir: “Cənab İlham Əliyevin düşünülmüş siyasətini dəstəkləyən laçınlılar öz tarixi seçimlərini 9 oktyabr günü məntəqələrə gələrək təsdiqləyəcəklər”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

