Gəncəlilərin birmənalı seçimi cənab İlham Əliyevdir
26.09.2013 [10:54]
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə seçki qərargahının tədbirlər planına uyğun olaraq, sentyabr ayının 17-dən başlanan seçicilərlə möhtəşəm təbliğat-təşviqat görüşləri ilə uğurla davam edir. Görüşlərdə cəmiyyətin bütün təbəqələrindən olan seçicilər böyük fəallıqla iştirak edirlər. Seçicilər arasında təhsil, səhiyyə işçiləri, elm adamları, ziyalılar, ağsaqqallar, gənclər, tələbələr, müharibə veteranları, şəhid ailələri və digər təbəqələri təmsil edən insanlar var. Onlardan bir qrupu fikirlərini bizimlə bölüşüblər.
Olimpiya çempionu Toğrul Əsgərov deyib: “Ötən 10 il ərzində Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında, gənc nəslin fiziki sağlamlığının möhkəmləndirilməsi istiqamətində böyük irəliləyişlərə nail olunmuşdur. İndiyədək Azərbaycanın müxtəlif bölgələrində mövcud idman qurğularının sayı 12 faiz artaraq 10 minə çatdırılmış, bütövlükdə 38 Olimpiya İdman Kompleksi, 5 stadion, 12 şahmat məktəbi və s. tikilib gənclərin istifadəsinə verilmişdir. Nəticədə, Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək onun idman şərəfini qorumuşlar. O cümlədən, Olimpiya idman növləri üzrə yarışlarda fəxri kürsünün yüksək pillələrinə qalxaraq, ölkəmizə 273 medal qazandırmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə gəncliyinə xüsusi diqqət və qayğı ilə yanaşaraq, onların bütün sferalarda önə çəkilməsini təmin edir. Bunun nəticəsi olaraq, müasir gənclik Azərbaycan bayrağını daha yüksək zirvələrə ucaldıb.
XXX London Yay Olimpiya Oyunları da Azərbaycanın tarixinə, həmçinin, mənim həyatıma qızıl hərflərlə yazıldı. Mən qızıl medalı qazanaraq, Olimpiya çempionu adına layiq görüldüm, Azərbaycanın dövlət himninin sədaları altında bayrağımızı zirvələrə qaldırdım. Bu xoşbəxtliyi mənə nəsib edən Azərbaycan Prezidenti cənab İlham Əliyevə daim borcluyam və qələbələrimin sayını artıracaq, idmançı həmkarlarımla birgə həmişə sevimli rəhbərimizin ətrafında olacağıq!
Güclü və qüdrətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün gənclərin qürur mənbəyidir. Biz öz rəhbərimizlə fəxr edirik və Vətənimizin bayrağını bütün ölkələrdə əzəmətlə dalğalandıracağıq!”.
Xalq artisti Şahnaz Haşımova isə vurğulayıb ki, Ulu öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmişə sənətə və sənətkarlara yüksək dəyər vermiş, xidmətlərimizi layiqincə qiymətləndirmişlər: “Mən 1990-cı illəri xatırlatmaq istəyirəm. O illəri ki, Gəncə Dövlət Filarmoniyası fəaliyyətini dayandırmışdı. Sənətkarlar dolanışıq üçün başqa ölkələrə üz tutmuşdular. Həmişə mənim üçün var olan Ümummilli lider Heydər Əliyev Azərbaycana qayıtdı, qayğını və diqqəti hiss edən yazıçılarımız, sənətkarlarımız yenidən bir araya gələrək, həvəslə işləməyə başladılar. Bu da reallıq idi ki, sənət adamları çox cüzi məvaciblə dolanırdılar. Şükürlər olsun ki, sənətkarlarımız bu gün xoşbəxt həyatı yaşayırlar. Bizim aylıq maaşlarımız artırılır, xidmətlərimizə, səmərəli fəaliyyətimizə yüksək qiymət verilir, lazımi şərait yaradılır. Gəncə Dövlər Filarmoniyası üçün 5 mərtəbəli möhtəşəm bina tikilir. Gəncə Dövlət Kukla teatrı, Nizami Poeziya teatrı, musiqi məktəbləri əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bəxtəvər ölkənin vətəndaşı olmağımızla, hər bir azərbaycanlıya qayğısını və köməyini əsirgəməyən möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə fəxr edirik”.
Gəncə Dövlət Universitetinin tələbəsi Zərifə Xasayeva gənclərin artıq öz seçimlərini etdiklərini bildirib: “Bu gün respublikamızın bütün regionlarında abadlıq-quruculuq işləri gedir. Azərbaycanımızın hər bir guşəsi gözəlləşir, abadlaşır, müasirləşir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dünyanın ən qədim şəhərlərindən olan Gəncənin 4 min illik yubileyinin qeyd olunması, Gəncə şəhərinə və gəncəlilərə göstərilən diqqət və qayğı hər birimizdə böyük fəxr hissi yaradır.
Bir sözlə, bu gün müasir Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər, bundan sonra da, dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birlik nümayiş etdirəcəyik”.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Almaz Aşırovun sözlərinə görə, müharibə əlilləri və veteranları daim onlardan öz qayğısını əsirgəməyən ölkə Prezidenti cənab İlham Əliyevə ürəkdən minnətdardılar. 9 oktyabr prezident seçkilərində bizim seçimimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olacaq.
Gəncə şəhər 20 nömrəli tam orta məktəbin direktor müavini Maysara Məmmədova isə deyib ki, vaxtilə ən yaxın ölkələrdə belə tanınmayan Azərbaycanın adı indi uzaq Avropadan gəlir. Dövlətimiz ən nüfuzlu təşkilatlarda təmsil olunmaqla, yüksək kürsülərdən öz sözünü deyə bilir: “Nəinki Qafqazda, eləcə də, dünyada həyata keçirilən nəhəng layihələrdə iştirak edirik. Sözsüz ki, bütün uğurlar Azərbaycan seçicisinə məlumdur və onlar qarşıdan gələn prezident seçkilərində kimə səs verəcəklərini yaxşı bilirlər. Biz bütün seçkilərdə olduğu kimi, 9 oktyabr prezident seçkilərində də mütəşəkkil şəkildə seçki məntəqələrinə gedəcək, sevimli Prezidentimiz cənab İlham Əliyevə səs verəcəyik!”
Fazil İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

