Gəncəlilər yekdilliklə güclü və qüdrətli liderə – İlham Əliyevə səs verəcəklər
03.10.2013 [10:32]
Gəncə şəhərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində daha bir görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Gəncə şəhərində də uğurla davam edir. Belə görüşlərdən növbətisi dünən Kəpəz rayonunda keçirilib.
Görüşdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda böyük Vətən, xalq, millət sevgisi nümayiş etdirərək xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədəki xaosun, vətəndaş qarşıdurmasının, dağıntı və parçalanma fəlakətinin qarşısını aldı, xalqın Ondan gözlədiyi işləri reallaşdırdı, ictimai-siyasi sabitlik yaratdı, tənəzzülə uğrayan iqtisadiyyatı dirçəltdi. Ümummilli lider Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə ehtiram və qürur bəxş etdi, vətəndaşına ən ali hüquq və azadlıqlar, təkmil konstitusiya, azad və ədalətli seçkilər, xalqın səsi ilə ərsəyə gələn parlament verdi.
YAP Gəncə şəhər təşkilatının sədri deyib ki, ölkə başçısı cənab İlham Əliyev ötən 10 il ərzində Azərbaycanı bütün dünyaya tanıdaraq, güclü və qüdrətli dövlətə çevirib, beynəlxalq miqyasda nüfuzunu yüksəklərə qaldırıb: “Cənab İlham Heydər oğlu Əliyev müasir Azərbaycanın tarixi zəfərlərinin memarıdır”.
Şəhər təşkilatının sədri onu da vurğulayıb ki, ölkəmizdə və eləcə də, Gəncə şəhərində 9 oktyabr prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının gedişi, seçicilərlə görüşlər, ölkə Prezidentinə xalqın güclü dəstəyi və inamı xarici ölkələrdə təhsil alan tələbələr, magistrlar, doktorantlar tərəfindən sosial şəbəkələrdə maraqla izlənilir. Onlar YAP Gəncə şəhər təşkilatının elektron ünvanına göndərdikləri təşəkkür və minnətdarlıq dolu məktublarında ölkə Prezidenti cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə tərəfdar olduqlarını bildirir və İlham Heydər oğlu Əliyev kimi güclü və qüdrətli liderləri ilə qürur duyduqlarını, Gəncə şəhərində bu istiqamətdə aparılan təbliğat-təşviqat işlərində dəstək olduqlarını bəyan edirlər: “Biz qələbələrin, uğurların davamlı olması üçün xalqımızın vətənpərvər oğlu, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə daim birlikdə olacaq, yalnız alternativsiz liderimizə səs verəcəyik! Eşq olsun, müstəqil Azərbaycanı daim zirvələrə aparan, müdrik liderimiz cənab İlham Əliyevə! Yaşasın, daim öndə olan, qələbələrimizin ilhamçısı Yeni Azərbaycan Partiyası!”.
Təbliğatçılardan YAP Gəncə şəhər təşkilatının Şura üzvü, professor Həsənbala Sadıqov, AzTU-nun professoru Əhəd Nəbiyev, dosenti Rövşən Əliyev və başqaları ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti, Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən söhbət açıblar və bütün gəncəliləri 9 oktyabr prezident seçkilərində fəal olmağa, müstəqil Azərbaycanın hər zaman dünyanın aparıcı dövlətlərinin sırasında olması, xalqımızın xoşbəxt yaşaması, nailiyyətlərimizin davam etməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.
Seçicilərdən Svetlana Quliyeva, Həmayə Rütəmova, Əfruz Vəliyeva, Nailə Muradova çıxışlarında Gəncə şəhərində görülən geniş abadlıq-quruculuq işlərindən, insanların sağlamlığı və asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitdən, küçə və prospektlərin genişləndirilməsindən, bütün yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsindən, yeni iş yerlərinin yaradılmasından razı qaldıqlarını bildirərək onlara göstərilən qayğıya görə cənab İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər və cənab İlham Əliyevi növbəti 5 ildə də Prezident kürsüsündə görmək arzusunda olduqlarını söyləyiblər: “Bizim yeganə liderimiz daim bizi düşünən, bizə qayğı göstərən cənab İlham Əliyevdir!”
Fazil İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58

