Azərbaycan elminin inkişafına strateji baxış
05.11.2025 [16:51]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
XI əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi deyirdi: “Bir elmi öyrənmək istədikdə sən, Çalış ki, hər şeyi kamil biləsən”. Bu baxımdan 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin çıxışı ölkənin elm siyasəti baxımından mühüm hadisə kimi qiymətləndirilməklə yanaşı bir çox aktual məsələlərə işıq saldı. Dövlət başçısının nitqi həm keçmişə ümumi baxış, həm də gələcək üçün elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, AMEA 80 il ərzində Azərbaycan elminin mərkəzi dayağı kimi formalaşıb, elmi ənənələrin qorunmasında və intellektual potensialın inkişafında mühüm rol oynayıb. Akademiyanın fəaliyyətində müxtəlif mərhələlərdən keçdiyini xatırladan dövlət başçısı qeyd edib ki, elmin inkişafına hər zaman dövlət səviyyəsində diqqət göstərilib. Ulu Öndər Heydər Əliyevin dövründə elmi müəssisələrin gücləndirilməsi, yeni tədqiqat institutlarının yaradılması və alimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar bu sahənin inkişafında dönüş nöqtəsi olub. İlham Əliyev bildirib ki, müasir dövrdə elmin inkişafı ölkənin iqtisadi, sosial və texnoloji tərəqqisi ilə birbaşa bağlıdır. “Təbii sərvətlər tükənə bilər, amma intellektual potensial tükənməz sərvətdir” – deyən Prezident, bilik və elmin Azərbaycanın gələcək uğurlarında əsas resursa çevrildiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, elmi nəticələr yalnız nəzəri araşdırmalarla məhdudlaşmamalı, real həyatın müxtəlif sahələrində tətbiq olunmalıdır. Prezidentin çıxışında xüsusi olaraq elmin innovasiya və texnologiyalarla inteqrasiyası, tətbiqi elmin və startap fəaliyyətinin dəstəklənməsi, elmi nəticələrin iqtisadiyyata gətirilməsi kimi istiqamətlər ön plana çəkilib. Bununla yanaşı, Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılması, xarici elmi mərkəzlərlə əməkdaşlığın genişləndirilməsi və gənc alimlərin beynəlxalq layihələrdə fəal iştirakı vacib vəzifə kimi göstərilib. İlham Əliyev həmçinin milli-mənəvi dəyərlər və dil məsələlərinə də toxunaraq bildirib ki, Azərbaycan elmi milli kimliyimizin ayrılmaz hissəsidir. O, Azərbaycan dilində elmi tədqiqatların aparılmasının, tarix, ədəbiyyat və mədəniyyət sahələrinin elmi əsaslarla öyrənilməsinin vacibliyini vurğulayıb. Prezidentin fikrincə, bu, həm milli kimliyin qorunması, həm də gələcək nəsillərin milli dəyərlərə bağlı şəkildə yetişməsi üçün mühüm amildir. Gənclərin elmə cəlb edilməsi məsələsi də çıxışın diqqət mərkəzində olub. Dövlət başçısı qeyd edib ki, Azərbaycan gənclərinin elmi sahədə fəallığının artırılması, onların xaricdə təhsil alıb vətənə dönərək burada fəaliyyət göstərməsi mühüm prioritetlərdəndir. Prezident vurğulayıb ki, dövlət bu istiqamətdə müxtəlif proqramlar həyata keçirir, gənc alimlərin inkişafı və elmi fəaliyyətə dəstəyi davam etdirəcək. Eyni zamanda, elmi müəssisələrin maddi-texniki bazasının yenilənməsi, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin yaradılması, alimlərin iş şəraitinin yaxşılaşdırılması məsələlərinə də xüsusi diqqət yetirilib. İlham Əliyev bildirib ki, bu sahələrdə islahatlar davam etdiriləcək və AMEA-nın potensialı daha da gücləndiriləcək. AMEA-nın 80 illik yubileyi yalnız keçmişin qeyd olunması deyil, həm də yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə Azərbaycan elmi həm beynəlxalq arenada rəqabətqabiliyyətli olmalı, həm də milli maraqlara xidmət edən strateji sahə kimi inkişaf etməlidir. Azərbaycan dövləti elmin inkişafını milli gücün əsas dayaqlarından biri hesab edir. Elmin dövlət siyasətində prioritet yer tutması, innovasiyaların təşviqi, gənc alimlərin dəstəklənməsi və milli dəyərlərin elmi müstəvidə qorunması ölkəmizin gələcək inkişafına yönəlmiş strateji yanaşmanın təzahürüdür.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

