Dövlətçilik Ruhumuzun və Qürurumuzun Simvolu
07.11.2025 [14:29]
Bayraq hər bir xalqın kimliyini, birliyini və müstəqilliyini simvolizə edən ən ali rəmzlərdən biridir. Azərbaycan xalqı üçün üçrəngli bayraq sadəcə bir parça deyil, dövlətçiliyimizin, milli suverenliyimizin, azadlıq və həmrəyliyimizin təcəssümüdür. Hər bir vətəndaş üçün bayraq Vətən sevgisinin, qürurun, milli birliyin və mənəvi bütövlüyün simvoludur. Dövlət Bayrağımız bu gün yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla soydaşımız üçün də mənəvi dayağa çevrilmişdir.
Azərbaycanın üçrəngli bayrağı xalqımızın tarixini, mədəniyyətini və milli ideologiyasını özündə birləşdirir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bu bayraq Türkçülük, Müasirlik və İslamçılıq prinsiplərini əks etdirir. Bu ideyalar xalqımızın milli şüurunun, mənəvi dəyərlərinin və istiqlal arzularının ifadəsidir. Bayrağımızın mavi rəngi türklüyü, qırmızı rəngi müasirliyi və inkişafı, yaşıl rəngi isə islam mədəniyyətinə mənsubiyyətimizi simvolizə edir. Ortasındakı ağ rəngli aypara və səkkizguşəli ulduz isə Azərbaycan xalqının mənəvi birliyinin və dövlət müstəqilliyinin rəmzidir.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayraq endirildi və yalnız 72 ildən sonra xalqımızın milli iradəsi, azadlıq arzusu və Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində yenidən qaldırıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi iclasında üçrəngli, ay-ulduzlu bayraq Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edildi. Bu, müstəqilliyin bərpası yolunda atılmış mühüm addım və milli dövlətçiliyimizin bərpasının başlanğıcı idi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti bu bayrağa dövlət atributu statusu verdi. Beləliklə, müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi və onun dövlət rəmzlərini, o cümlədən Bayrağı da qəbul etdi.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu qərarın əsas məqsədi milli suverenliyimizi və dövlətçilik ənənələrimizi təcəssüm etdirən bayrağa olan ehtiramı artırmaq, bu dəyəri gələcək nəsillərə aşılamaq idi.
Müstəqil Azərbaycanın inkişafı, dövlət atributlarına hörmətin və milli ruhun güclənməsi Ulu Öndərin siyasi xəttinin və Prezident İlham Əliyevin davamlı siyasətinin nəticəsidir. Dövlət Bayrağı Meydanının yaradılması və burada üçrəngli bayrağın ucaldılması xalqımızın dövlət rəmzlərinə olan dərin sevgi və hörmətinin göstəricisidir.
Bu qürur hissi xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra daha da artdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız və ordumuz bir yumruq kimi birləşərək düşmən üzərində parlaq qələbə qazandı. Həmin günlərdə dalğalanan hər bir bayraq Vətən sevgisinin, milli iradənin və şəhidlərimizin qanı ilə yazılmış Qələbənin simvoluna çevrildi.
Bu gün üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında, Zəngilanda, Cəbrayılda və digər azad edilmiş torpaqlarda əzəmətlə dalğalanır. Hər bir yüksəklikdə ucalan bayraq şəhidlərimizin ruhuna ehtiramın, dövlətimizin gücünün və xalqımızın birliyinin göstəricisidir. Qazanılmış bu tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli kimliyinin, əzminin və dövlətə sədaqətinin təntənəsidir.
Azərbaycan xalqı bu gün böyük fəxarət hissi ilə 8 Noyabr – Zəfər Gününü və 9 Noyabr – Dövlət Bayrağı Gününü qeyd edir. Bu iki tarix bir-birini tamamlayır: biri müstəqilliyimizin və milli kimliyimizin, digəri isə qələbə və ərazi bütövlüyümüzün rəmzidir.
Üçrəngli Bayrağımız hər zaman göylərdə dalğalanacaq, xalqımızın azadlıq və müstəqillik ideallarını gələcək nəsillərə daşıyacaq. Bu bayraq altında birləşmək, onu qorumaq və uca tutmaq hər bir azərbaycanlının müqəddəs borcudur.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08

