Dövlət idarəçiliyində xalqa xidmət, şəffaflıq və məsuliyyət fəlsəfəsi
14.11.2025 [15:39]
Cənab Prezident İlham Əliyevin 12 noyabr tarixində etdiyi çıxışı ölkənin idarəetmə sistemində aparılan yeni mərhələnin konturlarını bir daha ortaya qoydu. Ölkə başçısının çıxışında məmurlara ünvanlanan mesajlar sadə, lakin dərin məna daşıyır: xalqa xidmət etmək, təvazökarlıq göstərmək, dövlətin etimadını əməli fəaliyyətlə doğrultmaq. Aydındır ki, bu, formal bir çağırış deyil, dövlət başçısının illərdir həyata keçirdiyi siyasətin əsas sütunudur. “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” ifadəsi həm bir tapşırıq, həm də inam bəyanatıdır. Cənab Prezident hər bir məmurdan xalqla bir yerdə olmağı tələb edir. Çünki əsl inkişaf yalnız insanların rifahı üzərində qurulduqda dayanıqlı olur.
Bu çıxışda diqqəti çəkən ən mühüm cəhətlərdən biri dövlət idarəçiliyində mənəvi təmizliyin və ictimai məsuliyyətin önə çəkilməsidir. Cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, təkəbbür, rüşvət, qanunsuz tapşırıqlar dövrü arxada qalıb. Artıq dövlət idarəçiliyi şəffaf, hesabatlı və ədalətə əsaslanan prinsiplər üzərində qurulub. “Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq” - deyən dövlət başçısı, əslində cəmiyyətə mühüm mesaj verdi. Bu mesaj ondan ibarətdir ki, qanun və ədalət bu gün Azərbaycanın idarəçilik fəlsəfəsinin mərkəzində dayanır. Bu, sadəcə inzibati nəzarət deyil, həm də yeni dövlət mədəniyyətidir. Hər bir məmur bilməlidir ki, o, öz davranışı ilə dövlətin nüfuzunu qoruyur, onun ailə üzvləri də bu məsuliyyətin bir hissəsini daşıyır. Beləliklə, cənab Prezident dövlət qulluğunu təkcə peşə deyil, həm də mənəvi borc kimi təqdim edir. Məhz bu yanaşma sayəsində Azərbaycan idarəçilik sistemi son illərdə əhəmiyyətli dərəcədə sağlamlaşıb, cəmiyyətdə dövlətə inam güclənib.
Əlbəttə ki, çıxışının iqtisadi və sosial məzmunu da strateji əhəmiyyət daşıyır. Dövlət başçısı vurğuladı ki, regionlarda infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlanıb, yeni prioritet mərhələ isə keyfiyyətin və dayanıqlılığın təmin olunmasıdır. Elektrik enerjisi, magistral və kənd yolları, su və suvarma sistemləri, sosial obyektlərlə bağlı layihələr Azərbaycanın müasir simasını formalaşdırır. Lakin cənab Prezident İlham Əliyev burada da əsas diqqəti insan amilinə yönəldir: məşğulluğun artırılması, yerli sahibkarlığın dəstəklənməsi, turizmin və kənd təsərrüfatının inkişafı, ekoloji tarazlığın qorunması vətəndaş rifahının əsas dayaqları kimi təqdim olunur. Bu gün cənab Prezident İlham Əliyev həm paytaxtda, həm bölgələrdə, həm də azad edilmiş ərazilərdə yeni həyat fəlsəfəsi qurur – təmiz ətraf mühit, səmərəli idarəetmə və insan üçün yaradılan şərait. Bu çıxış bir daha göstərdi ki, dövlət başçısının idarəçilik modeli konkret nəticələrə əsaslanır və bu nəticələr Azərbaycan vətəndaşının layiqli həyat sürməsinə xidmət edir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17

