Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır
18.11.2025 [23:51]
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilmişdir. Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq və həmrəylik kimi dəyərlər birləşdirir. Bu əlaqələrin inkişafı nəticəsində münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi, humanitar, enerji və nəqliyyat sahələrində əməkdaşlıq əlaqələri genişlənməkdədir. Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının görüşlərində mütəmadi iştirakı bu əməkdaşlığın inkişafına mühüm töhfə verir. Daşkənddə keçirilmiş 7-ci Məşvərət Görüşü də bu baxımdan tarixi hadisə kimi yadda qalmışdır.
Azərbaycanın artıq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı statusu qazanması ölkəmizin xarici siyasət prioritetləri, geostrateji mövqeyinin möhkəmlənməsi və region ölkələri ilə əlaqələrin daha da genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Qara dənizə tranzit çıxış imkanları və Xəzər hövzəsində strateji yerləşməsi regional əməkdaşlığa əlavə imkanlar yaradır.
Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq telləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası münasibətlərin möhkəm əsasını təşkil edir. Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlar ölkələrimiz arasında strateji əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha sübut edir.
Dostluq və qardaşlıq prinsiplərinə əsaslanan bu əməkdaşlıq müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, investisiya təşəbbüslərinin genişləndirilməsi və beynəlxalq səviyyədə birgə fəaliyyət sayəsində regionda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verir. Əminliklə demək olar ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi regional və qlobal miqyasda böyük əhəmiyyət kəsb edəcəkdir.
Azərbaycan regionun 11 ölkəsini və 6 beynəlxalq maliyyə qurumunu birləşdirən, nəqliyyat, ticarət və enerji sahələrini prioritetləşdirən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının üzvüdür. Bununla yanaşı, Azərbaycan təsir dairəsi sürətlə genişlənən Türk Dövlətləri Təşkilatında da mühüm rol oynayır. Ölkəmiz Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirən strateji körpü funksiyasını uğurla yerinə yetirir.
Azərbaycanın Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə malik olduğu nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı ənənəvi marşrutlardan kənar olaraq Avropa və Türkiyə ilə birləşdirən alternativ və səmərəli logistik imkanlar təmin edir. Bu baxımdan Daşkənddə keçirilmiş görüş və yeni məsləhətləşmə formatının yaradılması tranzit potensialının gücləndirilməsi, Şərq-Qərb iqtisadi inteqrasiyasının dərinləşdirilməsi və təsir dairələrinin genişləndirilməsi baxımından strateji addım kimi qiymətləndirilir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

