Ölkəmiz sülh gündəliyinə sadiqdir
06.01.2026 [15:30]
Ölkə başçısı cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir daha göstərir ki, 2025-ci il təkcə təqvim baxımından deyil, məzmun və mahiyyət etibarilə də ölkəmizin müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən, Ölkə başçısının vurğuladığı kimi, Ermənistan-Azərbaycan müharibəsinə siyasi müstəvidə son qoyulması və bir neçə aydır davam edən real sülh şəraiti uzun illər davam edən gərginlikdən sonra region üçün tamamilə yeni reallıq formalaşdırıb. “Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik” fikri əslində postmünaqişə dövrünün fəlsəfəsini ifadə edir. Ölkəmiz yalnız hərbi qələbə ilə kifayətlənmir, bu qələbəni dayanıqlı sülhə, təhlükəsizliyə və inkişaf mühitinə çevirməyi qarşısına məqsəd qoyur. Cənab Prezidentin bu məsələyə yanaşması göstərir ki, sülh anlayışı formal bəyanat deyil, dövlət siyasətinin strateji xəttidir və gələcək nəsillərin təhlükəsiz və sabit şəraitdə yaşamasına hesablanıb. Məhz buna görə də 2025-ci ilin müstəqillik tariximizin ən əlamətdar illərindən biri kimi yadda qalacağına dair inam tam əsaslıdır.
Qeyd etmək lazımdır ki, Ölkə başçısının öz müsahibəsində toxunduğu digər mühüm məqam Azərbaycanın beynəlxalq münasibətlər sistemində prinsipial və müstəqil mövqeyinin növbəti dəfə təsdiqlənməsidir. ABŞ-ın 907-ci düzəlişlə bağlı yanaşmasına dair cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir reallığı açıq şəkildə ortaya qoyur. Azərbaycan heç vaxt xarici siyasi konyunkturadan asılı olmayıb və olmayacaq. Bu düzəlişin yenidən tətbiq edilməsi ölkəmizin iqtisadi inkişafına təsir göstərməsə də, müəyyən siyasi dairələrin nankor münasibətini ifşa edir. Azərbaycan Əfqanıstan missiyası dövründə beynəlxalq təhlükəsizliyə töhfə verən məsuliyyətli tərəfdaş kimi çıxış edib, lakin həmin missiya başa çatdıqdan sonra ölkəmizə olan münasibətin dəyişməsi Bayden-Blinken administrasiyasının ikili standartlara əsaslanan siyasətini aydın nümayiş etdirir. Cənab Prezidentin bu mövqeyi onu göstərir ki, Azərbaycan üçün əsas meyar milli maraqlardır və dövlət başçısı bu maraqları qətiyyətlə, açıq və prinsipial şəkildə müdafiə edir. Bu yanaşma cəmiyyət daxilində də güclü siyasi həmrəylik və dövlətə inam yaradır. Eyni zamanda, dövlət başçısının D-8 təşkilatına üzvlüyü çox böyük nailiyyət kimi qiymətləndirməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Onu da qeyd etmək lazımdır ki, təxminən 30 il ərzində yeni üzv qəbul etməyən, müsəlman dünyasının ən böyük və təsirli ölkələrini birləşdirən bu təşkilata Azərbaycanın dəvət olunması təsadüfi deyil. Əhalisi bir milyardı aşan, ümumi iqtisadi gücü dörd trilyondan çox olan bir platformada Azərbaycanın rəsmən iştirak etməsi ölkəmizə olan hörmətin və etimadın ifadəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan nə əhali, nə də iqtisadiyyat baxımından iri dövlət sayılmasa da, müstəqil, balanslı və prinsipial siyasəti ilə bu boşluğu siyasi çəkisi və etibarlılığı hesabına doldurur. D-8 çərçivəsində fəal fəaliyyətə dərhal başlanması da onu göstərir ki, Azərbaycan beynəlxalq təşkilatlarda formal iştirakla kifayətlənmir, real töhfə verməyi və proseslərə təsir göstərməyi hədəfləyir.
Ən əsası, bütün bunlar Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sülh, inkişaf və beynəlxalq əməkdaşlıq xəttinin uğurla davam etdiyini bir daha təsdiqləyir.
Firəddin Əhmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03

