Masallıda YAP-ın yaranmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib
19.11.2013 [09:03]
Masallıda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri düzüblər.
Sonra tədbir YAP Masallı rayon təşkilatının akt zalında davam etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Natiq qeyd edib ki, tarixi zərurətdən yaranan YAP-ın yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə baglı əsas rolu öz üzərinə götürməsi hər kəsə yaxşı məlumdur.
Daha sonra natiq qeyd edib ki, Yeni Azərbaycan Partiyasında Ulu öndər Heydər Əliyev missiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü, 2008-ci və 2013-cü ilin oktyabr aylarında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri, nailiyyəti idi: “Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən artıq vətəndaşımız birləşir. Bu təkcə statistika deyil. Bu, həm də vətəndaşlarımızın Azərbaycanın bu günkü reallığına verdiyi qiymət və möhtərəm Prezidentimiz, Partiyamızın Sədri İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərinin ifadəsidir”.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının Şura üzvü Qardaş Fətullayev, rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Aslanova və gənc fəal Sərxan Əhmədov bildiriblər ki, YAP yarandığı gündən çox böyük və şərəfli yol keçib. Partiya yarandıqdan sonra qısa müddət müxalifətdə olub, sonra isə iqtidar partiyasına çevrilib. Hakimiyyətdə olduğu illərdə YAP xalqımız üçün çox taleyüklü məsələləri həll edib. Partiyamız 5 dəfə prezident, 4 dəfə parlament, 3 dəfə bələdiyyə seçkilərində iştirak edib. Partiyamız bütün bu seçkilərdə möhtəşəm qələbələr qazanıb.
Çıxış edən millət vəkili Nəriman Əliyev “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub” deyib. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda, ümumiyyətlə, Avropada lider dövlətə çevrilib.
Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan YAP-ın rolundan ətraflı bəhs edib: “YAP hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf edib, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunub. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilib. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Ölkəmiz, eyni zamanda, beynəlxalq aləmdə yeri və rolunu artırıb”.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə üzvlük vəsiqələri, partiya həyatında fəal iştirakına görə bir qrup YAP üzvünə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

