Yüksələn xətt üzrə inkişaf edən əlaqələr
18.02.2026 [12:15]
Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir.Bu nüfuzun qazanılması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan apardığı siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır. Bu gün Azərbaycan artıq dünyada çox böyük nüfuza malik dövlətdir. Ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı günbəgün artır. Əlbəttə ki, bütün bunların kökündə uğurlu xarici siyasət dayanır.Prezident İlham Əliyev hər zaman milli maraqlara söykənən müstəqil addımlar atır. Xarici dövlətlərlə əməkdaşlığa yüksək səviyyədə önəm verilir. İndi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə isə Azərbaycanla daha çox dünya ölkələrinin əməkdaşlıq etmək istəməsi göz önündədir.
Bu gün Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Azərbaycan və Serbiya əlaqələri diplomatik münasibətlər baxımından 1997-ci ildən başlayıb. Xüsusilə iki dövlət arasında 2011-2012-ci illərdə daha intensiv əlaqələr formalaşıb, münasibətlər həm iqtisadi, həm diplomatik, həm də digər sahələrdə artan dinamika üzrə inkişaf edib.
İki ölkə arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Bu dövr ərzində ölkələrimiz arasında 57 sənəd, bir çox sahələr üzrə ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Azərbaycan-Serbiya əlaqələrinin strateji mahiyyəti həm də Prezident İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında qurulan səmimi münasibətlərlə müəyyən edilir. Uğurlu əməkdaşlıq modeli kimi göstərilə bilən həmin münasibətlərdə liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və davamlı təmasları mühüm rol oynayır. Dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən strateji layihələrin həyata keçirilməsində əlverişli zəmin yaradaraq əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri Azərbaycan–Serbiya arasındakı əlaqələrin inkişafına mühüm təkan olacaq. Bu səfər iki ölkə arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəm əsaslara söykəndiyini bir daha nümayiş etdirir. Uzun illər ərzində qarşılıqlı etimada əsaslanan əlaqələr bu gün daha sistemli və məqsədyönlü xarakter alır. Tərəflərin bir-birini yaxından tanıması, müntəzəm təmasların qorunması və siyasi dialoqun davamlılığı münasibətlərin sabitliyini təmin edən əsas amillərdir.
Prezidentlərin görüşü zamanı səsləndirilən mesajlar göstərir ki, Azərbaycan-Serbiya tərəfdaşlığı klassik ikitərəfli münasibətlər modelindən çıxaraq regional enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və geoiqtisadi inteqrasiya platformasına çevrilir.
Bakı və Belqrad artıq münasibətləri yalnız ənənəvi ticarət və diplomatik əlaqələr çərçivəsində deyil, daha geniş, strateji və uzunmüddətli əməkdaşlıq modeli əsasında inkişaf etdirmək niyyətindədir.Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Serbiya münasibətlərinin əsas strateji dayaqlarından biri kimi çıxış edir. Azərbaycanın zəngin enerji təcrübəsi və ixrac potensialı Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Bu kontekstdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu nəzərə alındıqda, Serbiya ilə əməkdaşlıq Cənub Qaz Dəhlizi xəttinin strateji əhəmiyyətini daha da genişləndirə bilər.
Azərbaycanın son illərdə rəqəmsal hökumət, “ağıllı şəhər” və yaşıl enerji sahələrində qazandığı təcrübə Serbiya üçün də maraqlı və praktik model ola bilər. Azərbaycan-Serbiya tərəfdaşlığı regional əməkdaşlıq formatlarına da yeni dinamika gətirir. Balkan ölkələri ilə Cənubi Qafqaz arasında iqtisadi və enerji bağlantılarının güclənməsi Avropanın şərq və cənub-şərq istiqamətlərində alternativ enerji və logistika marşrutlarının formalaşmasına şərait yaradar ki, bu da mövcud qlobal geosiyasi şəraitdə xüsusi aktuallıq kəsb edir.
Bu səfər Azərbaycan–Serbiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin formalaşdırdığını göstərir. Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da inkişaf edəcək və müxtəlif sahələrdə yeniliklərə imza atılacaqdır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Mart 12:20
Sosial
13 Mart 12:19
Xəbər lenti
13 Mart 12:16
Sosial
13 Mart 12:15
İdman
13 Mart 12:13
Turizm
13 Mart 12:12
YAP xəbərləri
13 Mart 11:41
Dünya
13 Mart 11:40
Siyasət
13 Mart 11:19
Dünya
13 Mart 11:18
Gündəm
13 Mart 10:45
Siyasət
13 Mart 10:43
Siyasət
13 Mart 10:43
Sosial
13 Mart 10:19
Dünya
13 Mart 09:47
İqtisadiyyat
13 Mart 09:41
Analitik
13 Mart 09:11
Sosial
13 Mart 08:57
Ədəbiyyat
13 Mart 08:34
Dünya
12 Mart 23:46
Sosial
12 Mart 23:39
YAP xəbərləri
12 Mart 23:29
YAP xəbərləri
12 Mart 23:25
Sosial
12 Mart 23:17
Dünya
12 Mart 22:58
Hadisə
12 Mart 22:30
Dünya
12 Mart 22:24
Dünya
12 Mart 22:10
Dünya
12 Mart 21:43
YAP xəbərləri
12 Mart 21:34
Dünya
12 Mart 21:15
Dünya
12 Mart 20:55
Dünya
12 Mart 20:21
YAP xəbərləri
12 Mart 19:52
YAP xəbərləri
12 Mart 19:30
Sosial
12 Mart 19:18
Sosial
12 Mart 18:40
YAP xəbərləri
12 Mart 18:14
YAP xəbərləri
12 Mart 17:20
YAP xəbərləri
12 Mart 17:00
Dünya
12 Mart 16:49
YAP xəbərləri
12 Mart 16:32
YAP xəbərləri
12 Mart 15:48
İqtisadiyyat
12 Mart 15:47
Dünya
12 Mart 15:42
Elanlar
12 Mart 15:40
Sosial
12 Mart 15:39
YAP xəbərləri
12 Mart 15:37
Sosial
12 Mart 15:16
YAP xəbərləri
12 Mart 15:12
Dünya
12 Mart 15:11
Siyasət
12 Mart 15:04
Elm
12 Mart 15:03
Siyasət
12 Mart 15:03
Elanlar
12 Mart 14:56
Gündəm
12 Mart 14:46
YAP xəbərləri
12 Mart 14:46
Maraqlı
12 Mart 13:50
Sosial
12 Mart 13:24
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:22
Dünya
12 Mart 13:11
Maraqlı
12 Mart 12:46
Gündəm
12 Mart 12:30
İdman
12 Mart 12:26
Elm
12 Mart 12:23
İqtisadiyyat
12 Mart 12:22
Dünya
12 Mart 12:19
Dünya
12 Mart 11:52

