Etibarlı Enerji Tranzit Mərkəzi
04.03.2026 [19:22]
İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında etdiyi çıxışında Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərini geniş şəkildə təqdim etmişdir. Prezident vurğulamışdır ki, ölkəmiz yalnız zəngin enerji ehtiyatlarına malik dövlət deyil, eyni zamanda bu ehtiyatların beynəlxalq bazarlara təhlükəsiz, dayanıqlı və fasiləsiz şəkildə çatdırılmasını təmin edən etibarlı tranzit ölkədir. Bu mövqe Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu daha da gücləndirir.
Azərbaycanın təşəbbüsü ilə reallaşdırılmış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində əməkdaşlıq artıq illərdir ki, Avropanın enerji xəritəsində mühüm yer tutur. Xəzər dənizinin zəngin qaz ehtiyatlarının Avropa bazarına nəqli üçün yaradılmış infrastruktur təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətlidir. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, Azərbaycanın təşəbbüsü və tərəfdaş ölkələrlə sıx əməkdaşlığı nəticəsində Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunmuş və bu gün bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir.
Cənub Qaz Dəhlizi dörd əsas seqmentdən ibarətdir: “Şahdəniz-2” yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri. Bu layihələr bütövlükdə vahid enerji dəhlizi formalaşdıraraq Azərbaycan qazını minlərlə kilometr məsafə qət edərək Avropaya çatdırır. Bu prosesdə Azərbaycan həm hasilatçı, həm ixracatçı, həm də tranzit ölkə kimi çıxış edir. Beləliklə, ölkəmiz enerji təhlükəsizliyinin təminatında çoxşaxəli rol oynayır.
Prezident İlham Əliyev öz çıxışında enerji marşrutlarının şaxələndirilməsinin vacibliyini xüsusi qeyd etmişdir. Bu gün qlobal enerji bazarında müşahidə olunan dəyişikliklər fonunda etibarlı tərəfdaşlıq və sabit nəqliyyat infrastrukturunun mövcudluğu mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə uzun illərdir ki, müqavilə öhdəliklərinə sadiq qalaraq tərəfdaş ölkələrin etimadını qazanmışdır. Bu amil ölkəmizin nüfuzunu daha da artırır.
Bununla yanaşı, Bakıda keçirilən iclaslarda yaşıl enerji gündəliyi də əsas müzakirə mövzularından biri olmuşdur. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində aparılan müzakirələr Azərbaycanın bərpaolunan enerji sahəsində artan potensialını nümayiş etdirir. Prezident vurğulamışdır ki, ölkəmiz Xəzər dənizinin külək enerjisi imkanlarından və günəş enerjisi resurslarından səmərəli istifadə etməyi qarşıya məqsəd qoyub. Bu isə Azərbaycanın gələcəkdə yalnız qaz deyil, həm də yaşıl enerjinin ixracatçısına çevriləcəyini göstərir.
Azərbaycanın enerji strategiyası balanslı və uzaqgörəndir. Bir tərəfdən mövcud qaz ehtiyatlarının səmərəli şəkildə istismarı və ixracı təmin edilir, digər tərəfdən isə alternativ və bərpaolunan enerji layihələrinə sərmayələr artırılır. Bu yanaşma ölkənin enerji təhlükəsizliyini daxildə möhkəmləndirməklə yanaşı, beynəlxalq enerji bazarında mövqeyini də gücləndirir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan regionda və daha geniş coğrafiyada etibarlı enerji tərəfdaşı kimi qəbul olunur. Enerji resurslarının təhlükəsiz və fasiləsiz nəqli, tranzit imkanlarının genişləndirilməsi və yaşıl enerji gündəliyinə sadiqlik ölkəmizin strateji üstünlüklərini formalaşdırır. Azərbaycan bu siyasət vasitəsilə qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam edir və etibarlı tranzit ölkə kimi rolunu daha da möhkəmləndirir.
Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 Mart 20:21
YAP xəbərləri
12 Mart 19:52
YAP xəbərləri
12 Mart 19:30
Sosial
12 Mart 19:18
Sosial
12 Mart 18:40
YAP xəbərləri
12 Mart 18:14
YAP xəbərləri
12 Mart 17:20
YAP xəbərləri
12 Mart 17:00
Dünya
12 Mart 16:49
YAP xəbərləri
12 Mart 16:32
YAP xəbərləri
12 Mart 15:48
İqtisadiyyat
12 Mart 15:47
Dünya
12 Mart 15:42
Elanlar
12 Mart 15:40
Sosial
12 Mart 15:39
YAP xəbərləri
12 Mart 15:37
Sosial
12 Mart 15:16
YAP xəbərləri
12 Mart 15:12
Dünya
12 Mart 15:11
Siyasət
12 Mart 15:04
Elm
12 Mart 15:03
Siyasət
12 Mart 15:03
Elanlar
12 Mart 14:56
Gündəm
12 Mart 14:46
YAP xəbərləri
12 Mart 14:46
Maraqlı
12 Mart 13:50
Sosial
12 Mart 13:24
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:22
Dünya
12 Mart 13:11
Maraqlı
12 Mart 12:46
Gündəm
12 Mart 12:30
İdman
12 Mart 12:26
Elm
12 Mart 12:23
İqtisadiyyat
12 Mart 12:22
Dünya
12 Mart 12:19
Dünya
12 Mart 11:52
Dünya
12 Mart 11:25
Gündəm
12 Mart 10:57
Gündəm
12 Mart 10:32
Gündəm
12 Mart 10:15
Gündəm
12 Mart 09:59
Siyasət
12 Mart 09:37
Analitik
12 Mart 09:20
Hərbi
12 Mart 08:54
Sosial
12 Mart 08:31
Siyasət
12 Mart 08:28
Dünya
12 Mart 07:31
Gündəm
12 Mart 00:33
Dünya
11 Mart 23:40
Dünya
11 Mart 23:15
Dünya
11 Mart 22:49
Dünya
11 Mart 22:24
Gündəm
11 Mart 22:12
Dünya
11 Mart 22:10
Dünya
11 Mart 21:50
Dünya
11 Mart 21:29
Dünya
11 Mart 21:17
Sosial
11 Mart 20:42
Gündəm
11 Mart 20:36
Dünya
11 Mart 20:33
İqtisadiyyat
11 Mart 20:19
Xəbər lenti
11 Mart 19:56
Dünya
11 Mart 19:20
YAP xəbərləri
11 Mart 19:05
YAP xəbərləri
11 Mart 18:57
Dünya
11 Mart 18:22
YAP xəbərləri
11 Mart 18:11
Siyasət
11 Mart 18:10

