31 Mart – Azərbaycanlıların Soyqırımı
30.03.2026 [16:41]
31 Mart Azərbaycan tarixində ən faciəli və unudulmaz günlərdən biri kimi yadda qalmışdır. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri və bolşevik qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı qırğınlar törədilmiş, minlərlə günahsız insan amansızcasına qətlə yetirilmişdir. Ermənilər törətdikləri bu soyqırım nəticəsində minlərlə Azərbaycanlını etnik və dini mənsubiyyətinə görə qətlə yetirmiş, işgəncələrə məruz qoymuşdur. Bakı şəhərində başlanılan erməni vəhşilikləri tez zamanda Azərbaycanın bütün ərazisinə yayılır, erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırıma məruz qoydular. Ermənilər meyitləri dənizə və quyulara atırdılar ki, cinayətin izlərini itirsinlər. Azərbaycan torpaqlarında tarixən köçürülərək məskunlaşdırılan ermənilər ilk vaxtdan başlayaraq,Qafqazda xalqlar arasında nifaq hisslərinin, seperatizmin, əsasını qoymuşlar. Soydaşlarımıza qarşı deportasiya, genosid siyasəti, vandalizm kimi bəşəriyyətin taleyinə ləkə olan ermənilik həm də minilliklərlə xalqımızın zəkasının yaradıcı məhsulu olan mənəvi mədəniyyətimizi məhv etmək yolu tutmuşdur. Xalqımızın minilliklər boyu adət-ənənələri, zəngin folklor nümunələrinin bəşəriyyətə verdiyi tövhələrin erməni vandalizminə məruz qalması bəşəri cinayətdir. Erməni vandalizmi həm də bəşəriyyətin və insanlığın məhvinə yönəlmişdir.
Sovet hakimiyyəti dövründə mart soyqırımını xalqın yaddaşından silməyə çalışsalar da bu, mümkün olmadı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər üzə cıxarıldı: İlk belə addım Ulu Öndər Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli Fərmanı ilə atıldı. Soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara və həqiqətlərin üzə çıxarılmasına imkan yaratdı. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı “31 mart Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu fərmandan ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncamdan sonra isə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunmağa başlanmış və bu istiqamətdə mühüm işlər görülmüşdü.
Əsrlər boyu erməni vandallarının türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmadı. Haqqı tapdanılan, qətlə yetirilən, işgəncə görən dinc azərbaycanlıların qisası alındı. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı və ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, xain düşmənin cavabını müharibə qaydalarına uyğun şəkildə döyüş meydanında verdi.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

