/ / Sədərək rayonunda “Zərifə xanım tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşidir” mövzusunda tədbir keçirilib
Sədərək rayonunda “Zərifə xanım tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşidir” mövzusunda tədbir keçirilib
28.04.2026 [12:05]
Sədərək kənd İcra Nümayəndəliyində Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zərifə xanım tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayonun idarə və təşkilatlarının, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, Yeni Azərbaycan Partiyasının üzvləri, gənclər və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov bildirib ki, bu gün Azərbaycanın görkəmli tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 illiyi böyük ehtiram hissi ilə qeyd olunur.
Qeyd olunub ki, Zərifə Əliyevanın adı Azərbaycanda daim böyük fəxrlə çəkilir. Onun timsalında ana adının ucalığı, sədaqətli ömür-gün yoldaşı və peşəsinə bağlı həkim nümunəsi əbədiləşib. Zərifə xanım Azərbaycan tibb elminin zirvəsində parlayan əbədi bir Günəşdir.
Bildirilib ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olub. Ziyalı ailəsində böyüməsi onun formalaşmasında mühüm rol oynayıb. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və tələbəlik illərindən yüksək biliyi, geniş dünyagörüşü ilə seçilib.
Vurğulanıb ki, Zərifə Əliyeva göz xəstəlikləri sahəsinə böyük maraq göstərmiş, 1947-ci ildə institutu fərqlənmə ilə bitirdikdən sonra Moskvada ixtisasını artırmış və yüksək ixtisaslı oftalmoloq kimi formalaşmışdır.
1949-cu ildən etibarən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışan Zərifə Əliyeva həm elmi, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, 1959-cu ildə namizədlik, 1976-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə etmiş, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Akademik Averbax adına mükafatına layiq görülmüşdür. 1982-ci ildə akademiyanın həqiqi üzvü seçilmiş, bir sıra orden və medallarla təltif olunmuşdur.
Qeyd edilib ki, Zərifə Əliyeva 160-dan çox elmi əsərin, o cümlədən 23 kitabın müəllifi kimi Azərbaycan səhiyyəsinin inkişafına böyük töhfələr vermişdir. O, həm də ölkədə oftalmologiya məktəbinin formalaşmasında mühüm rol oynamış, çoxsaylı həkim və alimlər nəslinin yetişməsinə töhfə vermişdir.
Çıxışda Zərifə Əliyevanın traxoma xəstəliyinə qarşı apardığı mübarizə xüsusi vurğulanıb. Onun fədakar fəaliyyəti nəticəsində Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında bu xəstəlik demək olar ki, aradan qaldırılmışdır.
Bildirilib ki, Zərifə Əliyeva yalnız görkəmli alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət, qayğıkeş ana və sadiq ömür-gün yoldaşı olmuşdur. O, Ümummilli Lider Heydər Əliyevin yaxın silahdaşı kimi də ölkənin ictimai həyatında mühüm rol oynamışdır.
Sonda qeyd olunub ki, Zərifə Əliyevanın zəngin və mənalı həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir və onun əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərviz Ağayev də Zərifə Əliyevanın Azərbaycan tibb elminə, xüsusilə oftalmologiyanın inkişafına verdiyi töhfələrdən danışıb.
Digər çıxış edənlər — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Zeynəb Quliyeva, Mahir İsmayılov və Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Coşqun Babayev də görkəmli alimin həyat və fəaliyyətindən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02

