Azərbaycan–Çexiya münasibətlərində strateji əməkdaşlıq yeni vüsət alır
28.04.2026 [17:51]
Çex Respublikasının Baş naziri Andrey Babişin aprelin 27-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafında mühüm addım oldu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən bəyanatlar əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Ölkə Prezidenti İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və etimada əsaslanır. O qeyd edib ki, yüksək səviyyəli siyasi təmaslar əlaqələrin dinamik inkişafında mühüm rol oynayır və bu səfər də həmin ənənənin davamıdır.
İki ölkə arasında siyasi dialoqun yalnız ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdiyini bildirilən dövlət başçımız İlham Əliyev qeyd edib ki, bu əməkdaşlıq beynəlxalq hüququn prinsiplərinə hörmət və dövlətlərin suverenliyinin qorunması kimi ortaq dəyərlərə əsaslanır.
İqtisadi əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunun xüsusi ilə qeyd edildiyi mətbuata verilən bəyənatda o da bildirilib ki, Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsinin artırılması üçün real imkanlar mövcuddur, bu potensialdan daha səmərəli istifadə olunmalıdır. Eyni zamanda, sənaye istehsalı, maşınqayırma, yüksək texnologiyalar, kənd təsərrüfatı və əczaçılıq sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Çex şirkətlərinin Azərbaycanın sənaye zonalarında fəaliyyəti və birgə müəssisələrin yaradılması perspektivləri də diqqət mərkəzində olub.
Xüsusi ilə, enerji sahəsi bəyanatın əsas istiqamətlərindən biri kimi ön plana çıxıb. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edərək enerji ixracının coğrafiyasının genişləndirildiyini bildirib: “Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq”.
Azərbaycanda göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən Andrey Babiş Çexiya Azərbaycan ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini, enerji və “yaşıl texnologiyalar” sahəsində əməkdaşlığın gələcək üçün prioritet istiqamətlərdən biri olduğu xüsusi ilə diqqətə çatdırıb.
Azərbaycan Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlıq təşəbbüslərinin əsas iştirakçılarından biri kimi çıxış edir, Çexiya isə Avropa İttifaqının üzvü olaraq əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan, Bakı ilə Praqa arasında əməkdaşlığın genişlənməsi Avropa ilə Cənubi Qafqaz arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə də töhfə verə bilər.
Birgə bəyanat və aparılan müzakirələr göstərir ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər əməkdaşlığın genişləndirilməsi və konkret layihələrin reallaşdırılması üçün möhkəm zəmin yaradır.
Ümumilikdə, tərəflər arasında əldə olunan razılaşmalar və ifadə olunan siyasi iradə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan–Çexiya münasibətləri daha da intensivləşəcək, iqtisadi və strateji tərəfdaşlıq yeni məzmunla zənginləşəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45

