Ölkəmizin xoşbəxt gələcəyini təmin edən dahi şəxsiyyət
05.05.2026 [13:38]
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Ümummilli lider Heydər Əliyev bütün həyatını xalqına, dövlətinə və millətinin gələcəyinə həsr etmiş tarixi şəxsiyyətdir. Ölkənin ən ağır çağlarında uzaqgörənliyi, qətiyyətli siyasi addımları və dəmir iradəsi ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmiş, müasir, müstəqil və güclü dövlət quruculuğunun təməlini qoymuşdur. Qeyd etmək lazımdır ki, bu zəngin irs bu gün də Azərbaycan cəmiyyətinin inkişaf xəttini müəyyənləşdirən əsas ideoloji dayaqlardan biridir.
Məlum olduğu kimi, Ulu öndərin ən böyük strateji hədəflərindən biri gənclərin dövlət həyatında fəal rol alması idi. Onun “Gənclər bizim gələcəyimizdir” fikri sadəcə bir şüar deyil, dövlət idarəçiliyində tam bir konsepsiyanın əsasını təşkil edirdi. Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ölkədə gənclərlə bağlı əsaslı islahatlara başlanıldı, yeni qurumlar yaradıldı, gənclərin təhsili, inkişafı və idarəçiliyə cəlbi dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Yeri gəlmişkən, 1997-ci ildə Gənclər və İdman Nazirliyinin yaradılması, beynəlxalq təhsil proqramlarına açılan qapılar, minlərlə gəncin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət dəstəyi bu siyasətin nəticəsi idi. Onun rəhbərliyi ilə formalaşan gənclər siyasəti gənclərin yalnız gələcəyin sahibləri deyil, bu günün də aparıcı qüvvəsi olmasını təmin etdi. Vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə bağlılıq kimi prinsiplər gənc nəsil arasında geniş yayılaraq bu gün də öz mahiyyətini qoruyur. Bu gün Azərbaycan dünya miqyasında güclü siyasi iradəyə malik, iqtisadi cəhətdən dinamik inkişaf edən, mədəni baxımdan öz sözünü deyən bir dövlətə çevrilibsə, bunun təməlləri məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə dayanır. Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkənin bütün sahələrində modern inkişaf modeli formalaşdırılır. Məlumdur ki, ölkəmizdə gənclərin idarəetməyə cəlb olunması, hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi, yeni texnologiyalar və innovasiyalar sahəsində geniş imkanların açılması Heydər Əliyevin müəyyən etdiyi yolun məntiqi davamıdır.
Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitlik qorunmuş, iqtisadi islahatlar genişləndirilmiş və dövlət idarəçiliyində yeni mərhələ başlanmışdır. Dövlət başçısının həyata keçirdiyi balanslı xarici siyasəti sayəsində regionun mühüm siyasi aktorlarından birinə çevrilən Azərbaycanda gənclərin inkişafına, innovasiyalara və modern idarəçiliyə xüsusi önəm verilir. Ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biridir.
Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər də məhz Heydər Əliyevin hərbi strategiyasının və ordu quruculuğunun nəticəsidir. Ulu öndər ordu quruculuğunu dövlət müstəqilliyinin əsas dayağı kimi qiymətləndirmiş, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi üçün mühüm addımlar atmışdı. Heydər Əliyevin müəyyənləşdirdiyi təhlükəsizlik konsepsiyası, milli ideologiya və hərbi-siyasi xətt Vətən müharibəsi zamanı özünün ən parlaq nəticəsini göstərdi. Bu Qələbə təkcə 44 günün deyil, uzun illər ərzində qurulan sistemli siyasətin bəhrəsi idi. Onun qoyduğu irs, həyata keçirdiyi dövlət quruculuğu və xüsusilə gənclərə verdiyi dəyər gələcək nəsillərin yol xəritəsidir. Ən əsası, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir və inkişaf edir.
Arif Cəfərzadə,
YAP Göygöl rayon təşkilatı üzrə Balçılı kənd ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53

