Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub

02.06.2026 [11:01]

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 18 nömrəli tam orta məktəb üzrə YAP Ərazi Partiya Təşkilatında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra hakimiyyətinin məsul əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin məsul əməkdaşı Cəmilə Mirzəyeva, Kəlbəcər Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Şəlalə Məmmədova, məktəbin direktoru, YAP Ərazi Partiya Təşkilatının sədri Arzuman Qarayev, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Şadmanova və oğlu Aras Şadmanov, Kəlbəcər rayon 6 nömürəli Körpələr evi-uşaq baxcasının əməkdaşları, müəllimlər, valideynlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə və mədəni inkişafı istiqamətində mühüm dövlət proqramları və qərarlar qəbul olunub. Qeyd edilib ki, bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, uşaqların hərtərəfli inkişafı və rifahı daim diqqət mərkəzində saxlanılır.

Çıxışlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən uşaqların sosial problemlərinin həlli, sağlamlığının qorunması, təhsil imkanlarının genişləndirilməsi və istedadlı uşaqların üzə çıxarılması istiqamətində mühüm layihələr həyata keçirilir.

Tədbirdə həmçinin vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və sonrakı antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni məktəblər, uşaq bağçaları və digər təhsil müəssisələri fəaliyyət göstərir, həmin bölgələrə qayıdan ailələrin övladları müasir şəraitdə təhsil alırlar.

Çıxışçılar qeyd ediblər ki, Azərbaycanın uşaqları müstəqil dövlətimizin gələcəyidir və onların xoşbəxt, savadlı və vətənpərvər vətəndaş kimi yetişməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərman, diplom və təşəkkürnamələrlə mükafatlandırılıblar.

Kəlbəcər Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi tərəfindən məktəbin bir qrup fəal müəlliminə göstərdikləri səmərəli fəaliyyətə görə fəxri fərmanlar təqdim olundu.Tədbir çərçivəsində məktəbin müəlliməsi Mənzər İsgəndərovanın özünün və şagirdlərin əl işləri və rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub. Sərgidə Azərbaycanın qəhrəmanlıq tarixi, vətənpərvərlik, dövlətçilik və müstəqillik mövzularına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.

Həmçinin şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun xatirəsi ehtiramla anılıb, onun Vətənə əmanət övladı Araz Şadmanovun riyaziyyat fənni üzrə həm Respublika, həm də Beynəlxalq yarışlarda aldığı diplom və medallar nümayiş etdirilib, Araz Şadmanov öz bilik və təçrübəsini uşaqlarla bölüşüb.

Qeyd edək ki, “Güvən” Xeyriyyə İctimai Birliyi bayram tədbirində uşaqları hədiyyələrlə sevindiriblər.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30