Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

03.06.2026 [10:20]

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycanın enerji siyasəti son otuz ildən artıq dövrdə ölkəmizin iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıqlarının əsas sütunlarından birinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək Azərbaycanı qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş mövqeyinə yüksəltmişdir. Bu baxımdan 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin enerji sahəsində əldə etdiyi nailiyyətlərin və qarşıdakı hədəflərinin növbəti dəfə beynəlxalq ictimaiyyətə təqdimatı oldu.

Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu təşəbbüs illər ərzində genişlənərək dünyanın ən nüfuzlu enerji platformalarından birinə çevrilmişdir. Bu gün “Bakı Enerji Həftəsi” yalnız enerji şirkətlərinin görüş məkanı deyil, həm də qlobal enerji siyasətinin, enerji təhlükəsizliyinin, yaşıl enerji keçidinin və beynəlxalq əməkdaşlığın müzakirə olunduğu mühüm forumdur. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir” fikri təsadüfi deyil. Tədbirə dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin və aparıcı enerji şirkətlərinin qatılması onun nüfuzunu bir daha təsdiqləyir.

Bu il keçirilən Bakı Enerji Həftəsinin xüsusi əhəmiyyəti həm də “Şahdəniz” layihəsinin 30 illiyi ilə bağlıdır. Məhz bu layihə Azərbaycanın müasir qaz sənayesinin inkişafında yeni mərhələnin əsasını qoymuş, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırmışdır. Bu gün Azərbaycan təbii qaz ixrac edən etibarlı tərəfdaş kimi bir çox ölkələrin enerji təminatında mühüm yer tutur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri enerji layihələri regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyi məsələlərinin müasir dövrdə daha da aktuallaşdığını diqqətə çatdırdı. Dünyada geosiyasi proseslərin mürəkkəbləşdiyi, enerji bazarlarında qeyri-müəyyənliklərin artdığı bir şəraitdə Azərbaycan etibarlı tərəfdaş kimi öz öhdəliklərinə sadiq qalır. Məhz buna görə ölkəmiz beynəlxalq enerji əməkdaşlığında etimad ünvanına çevrilmişdir. Azərbaycanın həyata keçirdiyi siyasət enerji resurslarının yalnız iqtisadi mənfəət mənbəyi deyil, həm də beynəlxalq əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi vasitəsi olduğunu nümayiş etdirir.

Bakı Enerji Həftəsinin əhəmiyyətini artıran əsas amillərdən biri də tədbirin ənənəvi enerji ilə yanaşı, yaşıl enerji gündəliyinə geniş yer ayırmasıdır. Azərbaycan bu gün bərpaolunan enerji sahəsində də böyük layihələr həyata keçirir. Günəş və külək enerjisi üzrə reallaşdırılan investisiyalar ölkəmizin enerji balansının şaxələndirilməsinə xidmət edir. COP29-a ev sahibliyi etmiş Azərbaycan enerji keçidi sahəsində də mühüm təşəbbüslərin müəllifi kimi çıxış edir. Bu isə ölkəmizin həm ənənəvi, həm də yaşıl enerji sahəsində qlobal liderlik ambisiyalarını nümayiş etdirir.

Diqqətçəkən məqamlardan biri də Bakı Enerji Həftəsinin beynəlxalq miqyasıdır. Bu il tədbirdə 46 ölkədən 270-dən çox şirkətin iştirak etməsi Azərbaycanın enerji sektoruna olan yüksək marağın göstəricisidir. Dünyanın müxtəlif regionlarından gələn iştirakçılar Bakını enerji sahəsində fikir və təcrübə mübadiləsinin əsas mərkəzlərindən birinə çevirirlər. Bu fakt ölkəmizin beynəlxalq nüfuzunun artdığını və enerji diplomatiyasının uğurla həyata keçirildiyini göstərir.

Bu gün Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən məsuliyyətli dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir, iqtisadi inkişafını sürətləndirir və regionda əməkdaşlığın genişlənməsinə xidmət edir.

Əminliklə demək olar ki, Bakı Enerji Həftəsi bundan sonra da qlobal enerji gündəliyinin formalaşmasında mühüm rol oynayacaq, Azərbaycanın beynəlxalq enerji mərkəzi kimi mövqeyini daha da gücləndirəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu tədbir həqiqətən də qlobal enerji səhnəsinin aparıcı platformalarından biridir və Azərbaycanın dünyaya açılan enerji körpüsünün ən parlaq nümunəsidir.

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30