Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tərtərdə “Ulu Öndər Heydər Əliyevin quruculuq siyasəti-müasir şəhərsalmanın etibarlı təməli” mövzusunda tədbir keçirilib

Tərtərdə “Ulu Öndər Heydər Əliyevin quruculuq siyasəti-müasir şəhərsalmanın etibarlı təməli” mövzusunda tədbir keçirilib

10.07.2026 [11:43]

2026-cı il  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Tərtər rayon təşkilatı, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında “Ulu Öndər Heydər Əliyevin quruculuq siyasəti-müasir şəhərsalmanın etibarlı təməli” mövzusunda tədbir keçirib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi iştirak ediblər.

Dövlətçilik ənənələrinə sadiqlik ruhunda təşkil olunan görüşün açılışında Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı naminə canını fəda etmiş müqəddəs şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri  giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev şəhərsalma mədəniyyətinin önəmini vurğulayaraq qeyd edib ki, hər bir xalqın tərəqqisi onun qurduğu həyat məkanında əks olunur və Azərbaycandakı müasir memarlıq siyasətinin möhkəm ideya əsasları məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə şəhərlərin planlı inkişafını, tarixi-mədəni  irsin qorunmasını, yeni yaşayış məntəqələrinin salınmasını, sosial infrastrukturun genişləndirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab edirdi.

Bu gün isə həmin  uzaqgörən  siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun olaraq uğurla  zənginləşdirilir.

Sonra çıxış edən Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad  Zeynalov 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsini ölkəmizin davamlı quruculuq strategiyasının  mühüm göstəricisi kimi dəyərləndirib. O, meliorasiya və su təsərrüfatı sisteminin müasir şəhərsalmanın ayrılmaz tərkib hissəsi olduğunu bildirərək, su ehtiyatlarının qorunması və ekoloji təhlükəsizliyin təminində sahə əməkdaşlarının üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Namiq Məmmədov, Ruqiyyə Ağayeva, Ələddin Kərimov və Azər Məmmədov respublikanın hər bir bölgəsində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıblar. Natiqlər xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən, dünya şəhərsalma elmində yeni model sayılan "Ağıllı şəhər", "Ağıllı kənd" və yaşıl enerji layihələrinin dövlətimizin qüdrətini və strateji baxışını parlaq şəkildə nümayiş etdirdiyini vurğulayıblar.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31