Yüksələn xətlə inkişaf edən tərəfdaşlıq
16.07.2026 [12:23]
Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir.Bu istiqamətdə son dövrlər əlaqələrimizin yüksələn xətlə inkişaf etidiyi ölkələrdən biridə Slovakiya Respublikasıdır.
Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. Prezident İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiya Respublikasına işgüzar səfəri zamanı dövlətimizin başçısı bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirib. Bundan sonra qarşılıqlı səfərlər davam etdirilib və əsas məqsəd ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarət olub. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Slovakiyanın dövlət və hökumət başçıları Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu qeyd ediblər.
Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında stimulverici amil rolunu oynayır. Bu baxımdan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin böyük sürətlə inkişaf etdiyini bir daha sübut etdi.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin Şuşa şəhərində verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin hazırkı inkişaf səviyyəsini, əməkdaşlığın strateji mahiyyətini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, iki ölkə arasında münasibətlər qarşılıqlı etimada, siyasi dialoqa və ortaq maraqlara əsaslanaraq davamlı şəkildə inkişaf edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə Azərbaycan və Slovakiya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Bu, tərəflər arasında formalaşmış etibarlı siyasi münasibətlərin və səmərəli əməkdaşlıq mühitinin göstəricisidir. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə isə əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyən mühüm siyasi sənəd olmaqla yanaşı, əməkdaşlığın gələcək inkişafı üçün də etibarlı yol xəritəsi rolunu oynayır.
Şuşada keçirilən görüş zamanı aparılan müzakirələr iki ölkənin əməkdaşlıq gündəliyinin kifayət qədər geniş olduğunu bir daha nümayiş etdirdi. Siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, ticarət, energetika, hərbi-texniki sahə və digər istiqamətlər üzrə həyata keçirilən layihələr tərəfdaşlığın praktik nəticələr verdiyini göstərir. Bu əməkdaşlıq modeli hər iki dövlətin qarşılıqlı maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və iqtisadi inkişaf baxımından da mühüm əhəmiyyət daşıyır.
Sonda Prezident İlham Əliyev əminliyini ifadə edib ki, Azərbaycan-Slovakiya münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. O qeyd edib ki, hər iki ölkə konkret nəticələrə əsaslanan əməkdaşlığa üstünlük verir və son illərdə formalaşmış güclü strateji tərəfdaşlıq gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyev, eyni zamanda qeyd edib ki, Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. O, daha əvvəl Slovakiya parlamentinin sədri, Baş nazir və Prezident kimi müxtəlif dövrlərdə Azərbaycanda olub, o cümlədən COP29 çərçivəsində ölkəmizə səfər edib. Dövlət başçısı bildirib ki, bu da iki ölkə arasında münasibətlərin davamlı və etibarlı xarakter daşıdığını təsdiqləyir.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

