Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
16.07.2026 [17:28]
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini
Cənab Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşada verdiyi bəyanat Azərbaycan xarici siyasətinin yeni mərhələsinin mühüm siyasi mesajlarını özündə ehtiva edir. Bu bəyanat yalnız iki dövlət arasında münasibətlərin cari vəziyyətini deyil, həm də Azərbaycanın Avropa məkanında etibarlı, prinsipial və uzunmüddətli tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir. Şuşada səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan-Slovakiya münasibətləri artıq klassik diplomatik əlaqələr çərçivəsini çoxdan geridə qoyaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi dialoqun davamlı xarakter alması və müxtəlif istiqamətlər üzrə həyata keçirilən konkret layihələr iki ölkə arasında formalaşan yüksək etimad mühitinin bariz ifadəsidir. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə bu münasibətlərin hüquqi və siyasi bazasını daha da möhkəmləndirdi. Şuşada verilən bəyanat isə həmin sənədin kağız üzərində qalmadığını, artıq real layihələr və qarşılıqlı fəaliyyət vasitəsilə həyata keçirildiyini göstərdi. Bu, Azərbaycan diplomatiyasının əsas xüsusiyyətlərindən biri olan nəticəyönümlü siyasətin növbəti uğurudur. Diqqət çəkən əsas məqamlardan biri cənab Prezident İlham Əliyevin "biz konkret işlərin tərəfdarıyıq" fikri oldu. Məhz bu yanaşma son illərdə Azərbaycanın xarici siyasət fəlsəfəsini müəyyənləşdirən əsas prinsiplərdən biridir. Azərbaycan münasibətləri bəyanatlarla deyil, qarşılıqlı fayda gətirən layihələr, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi və humanitar sahələrdə real nəticələrlə qiymətləndirir.
Şuşada aparılan danışıqların geniş gündəliyi də bunu təsdiqlədi. İqtisadi və ticari əlaqələrin inkişafı, enerji əməkdaşlığının genişləndirilməsi, hərbi-texniki sahədə qarşılıqlı fəaliyyət, investisiya imkanlarının artırılması və digər istiqamətlər üzrə aparılan müzakirələr göstərir ki, Bakı ilə Bratislava arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Bu isə münasibətlərin təsadüfi deyil, uzunmüddətli strateji maraqlara əsaslandığını nümayiş etdirir. Bu səfərin ən mühüm siyasi məqamlarından biri Slovakiyanın Qarabağın bərpasında fəal iştirak etməsidir. Prezidentlərin birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə səfəri və Slovakiya şirkətinin həyata keçirdiyi "Ağıllı kənd" layihəsi Azərbaycanın azad edilmiş ərazilərində beynəlxalq tərəfdaşlığın yeni modelini nümayiş etdirir. Vaxtilə dağıntılar və işğalın simvolu olan Qarabağ bu gün beynəlxalq əməkdaşlığın, müasir texnologiyaların və dayanıqlı inkişaf layihələrinin tətbiq olunduğu nümunəvi məkana çevrilir. Slovakiyanın bu prosesdə iştirak etməsi təkcə iqtisadi əməkdaşlıq deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövrünün inkişaf strategiyasına verilən siyasi dəstəyin ifadəsidir. Əslində Qarabağın bərpasında iştirak edən hər bir beynəlxalq tərəfdaş Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış proqramının uğuruna öz töhfəsini verir. Bu baxımdan Slovakiyanın seçdiyi yol qarşılıqlı etimadın və dost münasibətlərinin praktik nəticəsidir. Şuşada səsləndirilən digər mühüm mesaj isə şəhərin yeni beynəlxalq siyasi platforma kimi formalaşmasıdır. Son illərdə müxtəlif dövlət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin və nüfuzlu nümayəndə heyətlərinin məhz Şuşaya səfər etməsi təsadüfi deyil. Azərbaycan bununla dünyaya göstərir ki, işğaldan azad olunmuş torpaqlar artıq təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilib. Prezident Peter Pelleqrinin Qarabağa səfəri də bu baxımdan xüsusi siyasi məna daşıyır. Bu səfər beynəlxalq ictimaiyyətə verilən növbəti mesajdır ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi sürətlə yenidən qurulur və beynəlxalq əməkdaşlığa tam açıqdır.
Azərbaycan ilə Slovakiya arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də enerji sahəsidir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu fonunda Slovakiya ilə əməkdaşlığın genişləndirilməsi həm ikitərəfli münasibətlər, həm də Avropa enerji bazarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi öz mövqeyini möhkəmləndirib. Slovakiya ilə həyata keçirilən dialoq da məhz qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanır. Şuşada verilən bəyanat bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti etibarlılıq, qarşılıqlı hörmət və konkret nəticələr üzərində qurulub. Slovakiya ilə münasibətlərin bugünkü səviyyəsi də məhz bu siyasətin uğurlu nəticəsidir. Onu da deməliyəm ki, Azərbaycan bu gün Avropa ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirir. Qarabağın bərpası beynəlxalq əməkdaşlığın yeni ünvanına çevrilir, Şuşa isə regionun mühüm diplomatik mərkəzi kimi öz nüfuzunu ildən-ilə artırır. Cənab Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlar göstərir ki, Azərbaycanın xarici siyasətində strateji tərəfdaşlıq anlayışı artıq siyasi bəyanatlardan çıxaraq real layihələrdə, konkret təşəbbüslərdə və uzunmüddətli inkişaf modelində öz təsdiqini tapır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

