Azərbaycan-Slovakiya əlaqələri uğurla inkişaf edir
17.07.2026 [14:43]
Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu günlərdə Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri bunun bariz nümunəsidir. Slovakiya Prezidentinin iyulun 14-də Şuşadan başlanan rəsmi səfəri iyulun 15-də Bakıda davam etdi. Şuşada Prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində müzakirə edilən məsələlər, həmçinin mətbuata birgə bəyanatlarında səsləndirdikləri çağırışlar iki ölkənin strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərinin uğurlu inkişafını təsdiqlədi. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Azərbaycan ilə Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir və 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə artıq real nəticələr verməyə başlayıb. Dövlətimizin başçısı Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirakını xüsusi vurğulayaraq Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən “ağıllı kənd” layihəsini əməkdaşlıq nümunəsi kimi dəyərləndirdi. Qeyd edək ki, Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış oldu, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. Məktəb Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.
“Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər” söyləyən cənab İlham Əliyev vurğuladı ki, müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır.
İki ölkə arasında əlaqələrin inkişafında iqtisadi amil mühüm rol oynayır. Bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb. Xüsusilə 2021-ci ildə imzalanan iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş və onun əsasında yaradılan Birgə İşçi Qrupu sənaye, kənd təsərrüfatı, logistika, innovasiya və investisiya istiqamətlərində yeni layihələrin həyata keçirilməsi üçün institusional mexanizm formalaşdırıb. Enerji sahəsi Azərbaycan–Slovakiya əməkdaşlığının strateji istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Slovakiya enerji təchizatının şaxələndirilməsinə böyük önəm verir. Azərbaycan isə etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyində rolunu ardıcıl şəkildə gücləndirir. Bu baxımdan, "Həmrəylik Halqası" təşəbbüsü Xəzər regionunun enerji resurslarının Mərkəzi və Şərqi Avropaya çatdırılmasını təmin edən mühüm regional layihələrdən biri hesab olunur. Enerji tərəfdaşlığının praktik nəticələri artıq görünməkdədir. 2024-cü il dekabrın 1-dən ilk dəfə Azərbaycan qazının Slovakiyaya ixracına başlanılıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini və Slovakiyanın enerji təchizatının şaxələndirilməsində Azərbaycanın rolunun artdığını göstərir.
Səfər çərçivəsində keçirilən Azərbaycan-Slovakiya biznes-forumu hər iki ölkənin malik olduğu iqtisadi imkanların təqdimatında mühüm rol oynadı. Slovakiyanın Baş nazirinin müavini - iqtisadiyyat naziri Denisa Sakova Azərbaycan-Slovakiya biznes-forumunda qeyd etdi ki, hökumətlərimizin və biznes dairələrimizin nümayəndələrinin geniş tərkibdə iştirakı iqtisadi əməkdaşlığı genişləndirməyə dair ortaq sadiqliyimizi əks etdirir. 2024-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə ikitərəfli münasibətlərimizdə yeni bir səhifə açdı. Hazırda bu tərəfdaşlıq artıq energetika, müdafiə sənayesi, investisiya, həmçinin azad edilmiş ərazilərin yenidən qurulmasına dəstək layihələri kimi sahələrdə real nəticələr verir. Slovakiyanın energetika, infrastruktur, mühəndislik, müdafiə, su idarəçiliyi, informasiya texnologiyaları, qida sənayesi və qabaqcıl sənaye həlləri daxil olmaqla, əsas sektorları təmsil edən 25 şirkətdən ibarət nümayəndə heyəti ilə təmsil olunması məni xüsusilə məmnun edir. Onların iştirakı həm Slovakiya sənayesinin rəqabət qabiliyyətini, həm də Azərbaycan biznesi ilə uzunmüddətli tərəfdaşlıq qurmaqda maraqlı olduğunu nümayiş etdirir.
Azərbaycan-Slovakiya münasibətlərinin yüksələn xətt üzrə inkişafı üçün bütün imkanlar mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bir daha bu əminliyi ifadə etdi ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

