Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Slovakiya–Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Slovakiya–Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

17.07.2026 [15:47]

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Azərbaycan ilə Slovakiya arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir. İki ölkə arasında diplomatik əlaqələr siyasi dialoqun genişlənməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və humanitar münasibətlərin möhkəmləndirilməsi ilə müşayiət olunur. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verib. Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir, regional və qlobal əhəmiyyət daşıyan məsələlər üzrə dialoqu davam etdirirlər. İqtisadi sahədə enerji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu Slovakiya tərəfindən də yüksək qiymətləndirilir. Təbii qazın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çatdırılması enerji sahəsində tərəfdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır. Bununla yanaşı, nəqliyyat, logistika, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və yaşıl enerji istiqamətlərində də əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Humanitar və mədəni əlaqələr də ikitərəfli münasibətlərin vacib tərkib hissəsidir.

İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir.

Səfər çərçivəsində Qarabağın dilbər güşəsi olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.

Slovakiya ilə Azərbaycan arasında mövcud olan konstruktiv əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət edir və Avropa ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafına töhfə verir. Qarşılıqlı siyasi iradə və etibarlı tərəfdaşlıq münasibətləri gələcəkdə də ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminlik yaradır.

Bütün bunlar göstərir ki, Slovakiya–Azərbaycan münasibətləri dinamik inkişaf edir və gələcək illərdə siyasi, iqtisadi və humanitar sahələrdə daha mühüm nəticələrin əldə olunması üçün möhkəm zəmin formalaşdırır.

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31