Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Slovakiya–Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsi

Slovakiya–Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsi

17.07.2026 [15:48]

Səyyad Mirzəyev

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və iyulun 14-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin birgə bəyanat zamanı səsləndirdiyi "Slovakiya–Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir" fikri mövcud əməkdaşlığın mahiyyətini və gələcək perspektivlərini aydın şəkildə ifadə edir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı tərəfdaşlıq qarşılıqlı etimad, siyasi dialoq və ortaq maraqlar üzərində qurulur. Azərbaycan və Slovakiya arasında formalaşan münasibətlər də məhz bu prinsiplərə əsaslanır. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, hökumətlərarası əlaqələrin genişlənməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Avropada enerji mənbələrinin şaxələndirilməsi prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın həyata keçirdiyi layihələr strateji əhəmiyyət daşıyır. Slovakiya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, təbii qaz təchizatı, yaşıl enerji layihələri və yeni enerji marşrutları üzrə əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir.

Əməkdaşlığın digər mühüm istiqaməti iqtisadiyyat və investisiyadır. Ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyasının inkişafı, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə, rəqəmsallaşma, innovasiya və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi münasibətlərə yeni məzmun qazandıra bilər. Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağı kimi artan rolu Slovakiya üçün də əlavə iqtisadi imkanlar yaradır.

Şuşada keçirilən görüşün siyasi və simvolik əhəmiyyəti də xüsusi diqqət çəkir. Azərbaycanın mədəni paytaxtında yüksək səviyyəli beynəlxalq görüşlərin təşkili ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbulunun növbəti təsdiqidir. Eyni zamanda bu, Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə beynəlxalq marağın artdığını da göstərir. Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də konstruktiv əməkdaşlıq nümayiş etdirirlər. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, regional sabitliyin möhkəmləndirilməsi, iqtisadi təhlükəsizlik və dayanıqlı inkişaf kimi məsələlərdə dialoqu davam etdirmək niyyətindədirlər. Bu yanaşma iki ölkə arasında münasibətlərin yalnız ikitərəfli deyil, həm də daha geniş regional əməkdaşlıq baxımından əhəmiyyətini artırır. Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Slovakiya münasibətlərinin gələcək inkişafı üçün möhkəm siyasi iradə və geniş potensial mövcuddur. Mövcud əməkdaşlıq modeli qarşılıqlı etimada və uzunmüddətli strateji maraqlara əsaslanır. Bu isə iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə, siyasi dialoqun, iqtisadi əməkdaşlığın və humanitar münasibətlərin daha da genişlənəcəyinə əsas verir.

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31