Azərbaycan-Slovakiya əlaqələrinin hərəkətverici qüvvəsi
17.07.2026 [16:57]
Azərbaycan və Slovakiya arasında münasibətlərin dinamik inkişafının əsas hərəkətverici qüvvəsi dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli siyasi iradəsidir. Bakıda imzalanmış "Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə" iki ölkə arasındakı bağları rəsmi olaraq ən yüksək müttəfiqlik səviyyəsinə qaldırıb.
Slovakiya Prezidenti Peter Pelleqrinini Şuşada qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi görüşləri iki ölkənin qlobal və regional məsələlərdə eyni baxışa sahib olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, Slovakiyanın Bakıdakı Səfirliyinin NATO-nun Azərbaycandakı əlaqələndirici missiyasını icra etməsi Bratislava ilə Bakı arasındakı beynəlxalq etimadın bariz nümunəsidir.
Azərbaycan-Slovakiya əlaqələrinin ən humanist və dostluq nümunəsi olan istiqaməti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesidir. Slovakiya şirkətləri Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində fəal iştirak edir. Bratislavanın bu prosesə ən böyük töhfəsi Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsidir. Slovakiyalı mütəxəssislərin müasir şəhərsalma və texnoloji həllər əsasında qurduğu bu kənd, iki ölkə arasındakı əməkdaşlığın sadəcə kağız üzərində deyil, Qarabağ torpağında reallığa çevrildiyinin əyani sübutudur.
Şuşada aparılan müzakirələr zamanı iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi də əsas mövzulardan biri olmuşdur. Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin təkmilləşdirilməsi, sənaye parklarının yaradılması və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi xarici investorlar üçün əlverişli şərait formalaşdırmışdır. Slovakiya şirkətlərinin Azərbaycan bazarında daha fəal iştirak etməsi hər iki ölkənin iqtisadi maraqlarına tam uyğundur.
Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin strateji istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşa çevrilmişdir. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Azərbaycanın enerji siyasətinin uğurlarını bütün dünyaya nümayiş etdirir. Hazırda Azərbaycan qazı Avropanın bir çox ölkəsinə ixrac edilir və bu coğrafiya ildən-ilə genişlənir. Slovakiya da enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirən dövlətlərdən biridir.
Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm perspektivlər açır. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunmuşdur. Günəş və külək elektrik stansiyalarının tikintisi, alternativ enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələ təşkil edir. Slovakiyanın bu sahədəki təcrübəsi gələcək əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hərbi-texniki əməkdaşlıq da prioritet istiqamətlərdən biridir. Müasir beynəlxalq təhlükəsizlik mühitində dövlətlər arasında bu sahədə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycan öz milli təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir və tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini genişləndirir.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən mühüm məqamlardan biri də Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə gəlməməsi ilə bağlı fikirlər idi. Dövlət başçısı qeyd etdi ki, Peter Pelleqrini əvvəlki vəzifələrində – Slovakiya parlamentinin sədri, Baş nazir və daha sonra Prezident kimi dəfələrlə Azərbaycana səfər etmişdir. Bu ardıcıl təmaslar iki ölkə arasında münasibətlərin təsadüfi deyil, davamlı və strateji xarakter daşıdığını göstərir.
Prezident Peter Pelleqrinin COP29 çərçivəsində Azərbaycanda iştirakı da ölkəmizin beynəlxalq nüfuzunun daha bir göstəricisi olmuşdur. Azərbaycanın qlobal iqlim gündəliyində fəal rol oynaması, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və beynəlxalq təşkilatlar çərçivəsində fəal fəaliyyəti ölkəmizin dünya siyasətində artan rolunu bir daha təsdiqləyir.
İqtisadi və siyasi platformalardakı uğurlar humanitar sahəyə də müsbət təsir göstərir. Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin təşkili istiqamətində atılan addımlar turizmin inkişafına, biznes mühitinin canlanmasına və tələbə mübadiləsinə güclü təkan verəcək.
Slovakiya-Azərbaycan münasibətləri bu gün qarşılıqlı hörmət, iqtisadi mənfəət və strateji hədəflər üzərində yüksəlir. Bakı və Bratislava tərəfindən atılan hər bir addım göstərir ki, bu dostluq və tərəfdaşlıq uzunmüddətli olmaqla bərabər, hər iki xalqın rifahına və regional sabitliyə xidmət edir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

