Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni dövrün inkişaf və quruculuq məkanı

Yeni dövrün inkişaf və quruculuq məkanı

25.08.2026 [15:12]

Son 6 ilə yaxın dövrün əsas reallıqlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızın
bərpası, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır. Hər bir
rayonun ölkəmizin həyatında, inkişafında öz rolu vardır. Kəlbəcər və Laçın rayonları
region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidənqurma
işləri strateji mövqelərimizi daha da möhkəmləndirir. Qarabağlı və Şərqi Zəngəzurlu
Azərbaycanın qarşısında böyük imkanlar açılır. 2021-ci ilin fevral ayında ölkə Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Laçın rayonun Güləbird
kəndində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında bildirmişdir ki, Laçın
rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal
altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı
yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın
işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi.
Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb,
insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun
işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın
rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha
demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın.
Cənab İlham Əliyev həmin çıxışında, eyni zamanda. bildirmişdir ki, bizim Qələbəmiz
tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik,
şəhidlərimizin qanını aldıq, düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri
gedir və gedəcək: “Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq
bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan
sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan
tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə
aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı
ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə
xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və
tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də
yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış
məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli
yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində
rahat hərəkətini təmin edəcək.
Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona
uyğun infrastruktur yaradılır. 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın”
İstirahət Kompleksinin açılışı olub. Ərazisi 11,2 hektar və ümumi sahəsi 42 min
kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel
binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək.
İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi
üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət
zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Bu istirahət məkanında 174
nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş
digər ərazilərin sakinləridir.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start
verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada
yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son
qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya
yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı
təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə
614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə
59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi
məskunlaşması təmin edilib.
Laçında görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Bircə
faktı qeyd etmək kifayətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə tikilib istifadəyə
verilən üç Beynəlxalq Hava Limanından biri Laçın şəhərindədir. Azad edilmiş digər
ərazilərimiz kimi, Laçın da diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Beynəlxalq
əhəmiyyətli tədbirlərlə yanaşı, Zirvə görüşlərinə də ev sahibliyi edən Laçının gözəlliyi,
təbiəti bura gələn hər kəsi heyrətləndirir. Onu da qeyd edək ki, MDB Humanitar
Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-
ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın
şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi
keçirilmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin ötən bu dövr ərzində Laçın rayonuna 10-a yaxın
səfəri olub. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasını sürətləndirən
mühüm tədbirlərlə tarixə yazılıb. Təkcə cənab İlham Əliyevin ötən il 28 May-Müstəqillik
Günündə Laçın rayonuna səfər çərçivəsində açılışında və təməlqoyma mərasimində
iştirak etdiyi iqtisadi, sosial, infrastruktur obyektlərinin say tərkibinə, ev sahibliyi etdiyi
Zirvə Görüşünə diqqət yetirmək kifayətdir. Belə ki, həmin səfər zamanı “LATIFA” Laçın
tikiş fabrikinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, Laçın rayonunun Bəylik
kəndinin, Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının, Laçın Elektrik
Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, Laçında “Aşağı Malıbəyli” və “Mirik” su
elektrik stansiyalarının, “Laçın” İstirahət Kompleksinin açılışı oldu, Laçın kanat yolunun
təməlqoyma mərasimi keçirildi. Dövlətimizin başçısı İlham Əliyev Laçının Bəylik kəndinə
köçən sakinlərlə görüş, onlara evlərin açarlarını təqdim etdi. Sözügedən səfərin mühüm
məqamlarından biri təbii ki, Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və
Pakistanın Baş nazirinin Zirvə görüşünün keçirilməsi oldu. Həmçinin liderlərin iştirakı ilə
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Azərbaycan və Türkiyə
Prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış oldular.
Azərbaycan və Türkiyə Prezidentlərinin təkbətək görüşü oldu. Bir səfər çərçivəsində
görülən işlər ümumilikdə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı
bərpa-quruculuq işlərinin aydın mənzərəsini təqdim edir. 30 illik işğal dövründə
səbirsizliklə gözlədiyimiz bu günlərin sevincini yaşamaqdan qürurluyuq. Torpaqlarımız
tarixi sahibinə qayıdıb və yeni həyat başlayıb.

Etibar Hacıyev
YAP Ağstafa rayon təkilatının sədri

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31