Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Özbəkistan münasibətləri: yüksəliş yolunda möhkəmlənən qardaşlıq

Azərbaycan–Özbəkistan münasibətləri: yüksəliş yolunda möhkəmlənən qardaşlıq

25.08.2026 [15:44]

Azərbaycan və Özbəkistan arasında münasibətlərə nəzər saldıqda
aydın görünür ki, bu əlaqələrin təməli yalnız müasir diplomatik
münasibətlərdən ibarət deyil. İki xalqı əsrlər boyu birləşdirən ortaq tarix,
türk kökləri, dil və mədəniyyət yaxınlığı, adət-ənənələr və mənəvi
dəyərlər Azərbaycan–Özbəkistan münasibətlərinə xüsusi məzmun verir.
Məhz bu möhkəm tarixi zəmin üzərində qurulan dövlətlərarası əlaqələr
son illərdə daha da inkişaf edərək siyasi, iqtisadi, humanitar və mədəni
sahələri əhatə edən geniş əməkdaşlığa çevrilmişdir.
Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət
səfəri zamanı mətbuata verdiyi bəyanat da bu münasibətlərin hazırkı
səviyyəsini və Özbəkistanda baş verən inkişaf proseslərini
qiymətləndirmək baxımından diqqətəlayiqdir. Dövlət başçısının “Daşkənd
və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır” fikri sadəcə paytaxtın
müasir görünüşünə verilən qiymət deyil. Bu ifadənin arxasında ölkədə
həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin, infrastruktur
layihələrinin, şəhərsalma proseslərinin və beynəlxalq mövqelərin
möhkəmlənməsinin ümumi mənzərəsi dayanır.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən məqamlardan
biri Daşkəndə ilk dəfə səfər etmədiyini və hər dəfə buraya gələndə sürətli
inkişafın şahidi olduğunu bildirməsidir. Dövlət başçısının sözlərindən
aydın olur ki, Özbəkistanda inkişaf davamlı xarakter daşıyır və zaman
keçdikcə yeni nəticələrlə özünü göstərir.
Daşkənd bu inkişafın ən aydın müşahidə olunduğu şəhərlərdən
biridir. Müasir şəhərsalma layihələri, nəqliyyat infrastrukturunun
yenilənməsi, yeni ictimai və yaşayış məkanlarının yaradılması, iqtisadi
fəallığın genişlənməsi paytaxtın simasını dəyişməklə yanaşı, bütövlükdə
Özbəkistanda gedən prosesləri əks etdirir.
Burada Prezident İlham Əliyevin inkişafın “həm böyük layihələrdə,
həm də detallarda” müşahidə edildiyini vurğulaması xüsusilə
əhəmiyyətlidir. Çünki ölkənin inkişafı yalnız iri layihələrin həyata
keçirilməsi ilə ölçülmür. Əsl inkişaf insanların gündəlik həyatında,
şəhərlərin abadlığında, sosial xidmətlərin səviyyəsində, təhsil və

səhiyyəyə münasibətdə, gənclər üçün yaradılan imkanlarda da özünü
göstərir.
Prezident İlham Əliyev bəyanatında Özbəkistanın yüksəlişini
Prezident Şavkat Miromonoviç Mirziyoyevin fəaliyyəti ilə əlaqələndirir.
Dövlət başçısı onun Özbəkistanın potensialının gücləndirilməsi, ölkənin
beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi və mühüm sosial-
iqtisadi məsələlərin həlli istiqamətində fəaliyyətini xüsusi qeyd edir.
Hər bir dövlətin inkişafında iqtisadi imkanlarla yanaşı, düzgün
müəyyənləşdirilmiş siyasi kursun və ardıcıl idarəetmənin də mühüm rolu
vardır. Özbəkistanın son illərdəki inkişafına nəzər saldıqda müxtəlif
sahələrdə islahatların həyata keçirildiyini, iqtisadiyyatın inkişaf
etdirilməsi, investisiya imkanlarının genişləndirilməsi, sahibkarlığın
dəstəklənməsi və sosial məsələlərin həlli istiqamətində yeni
yanaşmaların tətbiq olunduğunu görmək mümkündür.
Azərbaycan Prezidentinin bu proseslərə verdiyi yüksək qiymət həm
də ölkələrimiz arasında mövcud olan qarşılıqlı hörmətin göstəricisidir.
Prezident İlham Əliyevin Şavkat Mirziyoyevi “əziz qardaşım”
adlandırması iki ölkə rəhbərləri arasında formalaşmış səmimi
münasibətləri əks etdirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək
səviyyəyə çatmasında Prezident İlham Əliyevin məqsədyönlü xarici
siyasətinin xüsusi rolu vardır. Dövlət başçısı Mərkəzi Asiya dövlətləri ilə
əlaqələrin inkişafına, xüsusilə də Özbəkistanla münasibətlərin daha da
möhkəmləndirilməsinə daim diqqət yetirir.
Prezident İlham Əliyevin Özbəkistana çoxsaylı səfərləri və Şavkat
Mirziyoyevlə mütəmadi görüşləri siyasi dialoqun möhkəmlənməsinə
şərait yaradıb. Bu görüşlər zamanı yalnız ikitərəfli münasibətlərin
mövcud vəziyyəti deyil, həm də gələcək əməkdaşlığın yeni istiqamətləri
müzakirə edilir.
Dövlət başçısının Özbəkistanın inkişafını yaxından izləməsi də bu
münasibətlərə verilən əhəmiyyətin göstəricisidir. O, Daşkəndə hər
səfərində ölkədəki yenilikləri müşahidə edir və Özbəkistanın əldə etdiyi
uğurları Azərbaycan ictimaiyyətinə də çatdırır.

Prezident İlham Əliyevin xarici siyasətində dövlətlər arasında
münasibətlərin yalnız siyasi əlaqələrlə məhdudlaşmaması mühüm prinsip
kimi diqqət çəkir.
İki ölkə arasında münasibətlərin inkişafında iqtisadi əməkdaşlıq
xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın malik olduğu
iqtisadi imkanlar bir sıra sahələrdə qarşılıqlı əməkdaşlıq üçün əlverişli
şərait yaradır.
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat
yollarının üzərində yerləşməsi, Özbəkistanın isə Mərkəzi Asiyanın
mühüm dövlətlərindən biri olması nəqliyyat və logistika sahəsində
əməkdaşlığı daha da əhəmiyyətli edir.
Nəqliyyat əlaqələrinin inkişafı yalnız yükdaşımaların artması demək
deyil. Bu istiqamət ölkələr arasında ticarətin genişlənməsinə, yeni iqtisadi
layihələrin yaranmasına, investisiya imkanlarının artmasına və
regionlararası əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan–Özbəkistan münasibətlərinin möhkəmliyini təmin edən
əsas amillərdən biri də xalqlarımızın tarixi və mədəni yaxınlığıdır.
Nizami Gəncəvi, Əlişir Nəvai kimi böyük söz ustadlarının
yaradıcılığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq türk-mədəni
irsinin zənginliyini göstərir. Ədəbiyyat və incəsənət vasitəsilə yaranmış
qarşılıqlı maraq bu gün də müxtəlif mədəni tədbirlər, elmi layihələr və
humanitar əlaqələr vasitəsilə davam etdirilir.
Təhsil sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Çünki
xalqlar arasındakı dostluğun gələcəkdə də davam etməsi üçün yeni
nəslin bu münasibətlərin tarixini bilməsi vacibdir.
Müəllim olaraq hesab edirəm ki, Azərbaycan–Özbəkistan
əlaqələrinin məktəblərdə öyrədilməsi şagirdlərə yalnız iki dövlət
arasındakı münasibətlər haqqında məlumat vermir. Eyni zamanda
onların türk dünyasının ortaq tarixi və mədəni dəyərləri haqqında
təsəvvürlərini genişləndirir. Bu cür mövzular gənc nəslin milli və tarixi
yaddaşının formalaşmasına da müsbət təsir göstərir.
Prezident İlham Əliyevin türk dünyasının birliyinə və həmrəyliyinə
verdiyi xüsusi əhəmiyyət Azərbaycanın xarici siyasətində bu istiqamətin

mühüm yer tutduğunu göstərir. Özbəkistanla münasibətlərin inkişafı da
həmin siyasətin mühüm istiqamətlərindən biridir.
İki qardaş dövlətin daha sıx əməkdaşlığı həm Azərbaycan və
Özbəkistanın milli maraqlarına, həm də bütövlükdə türk dünyasının
iqtisadi və siyasi gücünün artmasına xidmət edir.
Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət
səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan
münasibətlərinin yüksək səviyyəsini və dost ölkənin inkişafına verilən
qiyməti aydın şəkildə əks etdirir.
Dövlət başçısının “Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü
yaşayır” fikri Özbəkistanda həyata keçirilən dəyişikliklərin miqyasına
verilən mühüm siyasi qiymətləndirmədir. Eyni zamanda Prezident İlham
Əliyevin bu yüksəlişi Şavkat Mirziyoyevin fəaliyyəti ilə əlaqələndirməsi iki
ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı hörmət və etimadı
nümayiş etdirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə
çatmasında Prezident İlham Əliyevin uzaqgörən siyasəti, fəal diplomatik
fəaliyyəti və şəxsi təşəbbüsləri mühüm rol oynayır. Dövlət başçısının
ardıcıl səfərləri və yüksək səviyyəli görüşləri iki ölkə arasında siyasi
dialoqun daha da möhkəmlənməsinə, iqtisadi və humanitar əlaqələrin
genişlənməsinə imkan yaradıb.
Bu gün Azərbaycan və Özbəkistan münasibətləri iki qardaş xalqın
ortaq tarixinin müasir siyasi iradə ilə birləşməsinin uğurlu nümunəsidir.
Özbəkistanın yüksəlişi, Azərbaycanın bu inkişafı səmimiyyətlə
dəstəkləməsi və iki ölkə rəhbərinin qarşılıqlı etimada əsaslanan siyasəti
gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Əminliklə demək olar ki, Azərbaycan–Özbəkistan qardaşlığı
bundan sonra da inkişaf edəcək, iki ölkə arasında mövcud olan siyasi,
iqtisadi və mədəni əlaqələr daha da genişlənəcəkdir. Bu münasibətlərin
möhkəmlənməsi isə yalnız Azərbaycan və Özbəkistan üçün deyil,
bütövlükdə türk dünyasının güclənməsi baxımından böyük əhəmiyyət
daşıyır.

Çinarə Məmmədova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan şəhər 13 saylı tam orta məktəbin direktor müavini

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31