Laçın Vətənə bağlılığın canlı ifadəsidir
26.08.2026 [13:38]
Laçın haqqında düşünəndə insanda ilk olaraq doğma torpaq, Vətən sevgisi və illərlə davam edən qayıdış arzusu canlanır. Laçın yalnız xəritədə müəyyən bir ərazini göstərən şəhər deyil. O, tariximizin, yaddaşımızın və xalqımızın doğma torpağa bağlılığının bir parçasıdır.
Laçın Azərbaycanın ən gözəl bölgələrindən biridir. Uca dağları, sıx meşələri, sərin bulaqları və zəngin təbiəti bu torpağa xüsusi gözəllik verir.Laçının gözəlliyini yalnız sözlərlə ifadə etmək çətindir. Çünki burada təbiətin yaratdığı mənzərə ilə insanın doğma yurda olan bağlılığı bir-birini tamamlayır.
Laçının tarixi həm sevinc, həm də ağrı ilə doludur. 1992-ci ilin mayında şəhərin işğal olunması minlərlə insanı öz doğma yurdundan uzaq saldı. İşğal illərində Laçın dəhşətli etnik təmizləməyə və vandalizmə məruz qaldı. 300-dən artıq hərbi və mülkü şəxs həlak oldu və itkin düşdü. Laçınlılar illərlə başqa yerlərdə yaşamağa məcbur oldular. Lakin insanı doğma torpaqdan uzaqlaşdırmaq olar, amma onun doğma yurduna olan sevgisini əlindən almaq mümkün deyil. İllər ərzində Laçın həsrəti insanların qəlbində yaşadı. Valideynlər öz övladlarına doğma şəhərləri haqqında danışdılar, xatirələrini bölüşdülər. Beləliklə, Laçın sevgisi bir nəsildən digərinə ötürüldü. Məhz bu bağlılıq doğma torpağa qayıdış arzusunun heç vaxt sönməməsində mühüm rol oynadı.
2020-ci il isə Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması böyük bir qayıdışın başlanğıcına çevrildi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi. Laçının 1 dekabr 2020-ci ildə bir güllə atılmadan Azərbaycana qaytarılması da bu tarixi prosesin mühüm hadisələrindən biri oldu. Laçının azad olunması yalnız bir şəhərin geri qaytarılması kimi qiymətləndirilməməlidir. Bu hadisə illərlə doğma torpağına qayıtmaq arzusu ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi idi. Həmin gün Laçınlıların qəlbində illərlə qorunan bir arzu həyata keçdi.
Bu gün Laçında aparılan quruculuq işlərini izlədikcə insanın içində böyük bir qürur hissi yaranır. Vaxtilə dağıntılarla üz-üzə qalan ərazilərdə yeni binaların, yolların və sosial obyektlərin yaradılması göstərir ki, həyat bu torpaqlara yenidən qayıdır. Hər yeni tikili sadəcə bir bina deyil. O, Laçının gələcəyinə qoyulan bir imzadır. Şəhərin yenidən qurulması ilə yanaşı, insanların öz doğma yurdlarına qayıtması daha böyük məna ifadə edir. Çünki şəhərin əsl simasını onun binaları deyil, insanları müəyyən edir. Uzun illərdən sonra Laçına qayıdan ailələrin sevincini düşünəndə insan istər-istəməz doğma yurdun insan həyatında nə qədər böyük yer tutduğunu anlayır.
Böyük Qayıdışın ən böyük mənası insanların yalnız evlərinə deyil, öz həyatlarına qayıtmasıdır. Uşaqların Laçında böyüməsi, məktəbə getməsi, yeni dostlar qazanması, gələcək haqqında arzular qurması şəhərin həqiqi dirçəlişinin göstəricisidir.
Laçının dirçəlişindən danışarkən onun tarixi və mədəni irsinin qorunmasını da unutmamalıyıq. Gələcək nəsillər Laçının yalnız bu gününü deyil, keçmişini də bilməlidirlər. Çünki keçmişini bilməyən insan gələcəyini düzgün qura bilməz. Laçının tarixini yaşatmaq həm də doğma torpağa olan mənəvi borcumuzdur.
Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə avqustun 26-sı “Laçın Şəhəri günü” kimi təsbit olundu və bu gün hər il böyük qürurla qeyd edilir. Laçın Şəhəri Günü bir şəhərin tarixini xatırlamaqdan daha böyük məna daşıyır. Bu gün həsrətin sona çatmasını, ümidin gerçəyə çevrilməsini və yeni həyatın başlanmasını ifadə edir. Eyni zamanda bu gün bizə Vətən uğrunda canından keçən şəhidlərimizi və qəhrəman qazilərimizi xatırladır.
Laçının bugünkü mənzərəsinə baxarkən həm keçmişi xatırlamalı, həm də gələcəyə ümidlə baxmalıyıq. Çünki bu şəhərin hər yeni addımı böyük bir tarixi yolun davamıdır. Laçın artıq yalnız keçmişin xatirələri ilə yaşayan şəhər deyil. O, bu gün qurulan və sabahı üçün planlar hazırlanan canlı bir şəhərdir.
Laçının ən böyük dəyəri onun insanlarında və bu torpağa olan sevgisindədir. İllərlə uzaqda yaşasalar da, doğma yurdunu unutmayan insanların sevgisi Laçının yaddaşını qorudu. Bu gün isə həmin sevginin nəticəsini görmək mümkündür.
Laçın bu gün qayıdışın sevincini yaşayır. Onun küçələrində yenidən həyat canlanır, yeni evlərdə işıqlar yanır, uşaqlar üçün yeni arzular yaranır. Məncə, bundan daha gözəl mənzərə təsəvvür etmək çətindir: illərlə həsrət qalan bir şəhərin yenidən öz insanlarının səsi ilə canlanması.
Laçın bizim keçmişimizdən gələn, bu günümüzdə yenidən qurulan və gələcəyimizə ümidlə baxan şəhərdir. Onun hekayəsi bizə bir həqiqəti xatırladır: Doğma torpağa olan sevgi zamanla silinmir. Əksinə, bəzən illərin həsrəti həmin sevgini daha da gücləndirir. Laçın qayıdışın sevincidir. Laçın dirçəlişin ümididir. Laçın Vətənə bağlılığın canlı ifadəsidir.
Sürəyya Qasımova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədrinin müavini,
Naxçıvan şəhər 7 saylı körpələr evi - uşaq bağçasının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36

