Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın VIII Qurultayında qarşıya mühüm vəzifələr qoyuldu

YAP-ın VIII Qurultayında qarşıya mühüm vəzifələr qoyuldu

06.10.2026 [16:09]

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan  Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını xüsusi  qeyd edirik. 1992-ci ilin 21 noyabr tarixi  gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası  təsis konfransını müxtəlif regionlardan 550 nümayəndinin iştirakı ilə keçirdiyi halda hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirməsi xalqın  bu partiyaya inamının, etimadının əyani göstəricisidir. Təkcə partiyanın VII Qurultayından  VIII Qurultayına qədərki dövrün reallıqlarına diqqət yetirsək görərik ki, 2021-ci ilin 5 mart tarixindən 2026-cı ilin 1 oktyabr tarixinədək ölkənin aparıcı siyasi qüvvəsinin  sıralarına   95 379 nəfər yeni üzv qəbul edilib. YAP-ın həyatında baş verən mühüm hadisələr, o cümlədən keçirilən  görüşlər, konfranslar, seminarlar və müşavirələr haqqında ətraflı məlumatlar mütəmadi olaraq mediada işıqlandırılmaqla ictimaiyyətin diqqətinə çatdırıldı.

YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirərək daim dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsinə davamlı töhfələri ilə ölkəmizin  hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır.   Partiyanın yaradılmasından ötən 34 ilin ölkəmizin həyatına yazdığı  uğurları sadalamaqla bitməz. Bu baxımdan YAP-ın qurultayları ən mühüm strateji, ideoloji və təşkilati qərarların qəbul edildiyi əsas platforma olaraq partiyanın hesabat dövründə  fəaliyyətinə yekun vurmaqla yanaşı, gələcək inkişaf xəttini, seçki strategiyalarını və proqramları müəyyən edir. Partiyanın əsas məqsəd və vəzifələrini əks etdirən Proqram və Nizamnamə sənədləri qurultaylarda qəbul olunur və ya onlara dəyişikliklər edilir. Tarixi Zəfərimizin yaratdığı reallıqların əsasında 2021-ci ilin 5 mart tarixində keçirilən VII Qurultayda  Prezident, YAP-ın  Sədri cənab İlham Əliyevin tapşırığı ilə  yeni Proqram hazırlandı və həmin ilin sonunda qəbul edildi.  Partiyanın yarandığı dövrün tələbləri əsasında qəbul edilən ilk Proqramda nəzərdə tutulan bütün vəzifələrin uğurlu icrası, hədəflərin reallığa çevrilməsi yeni Proqramın qəbulunu zərurətə çevirdi və həmin sənəd qəbul edildi. “Biz birlikdə güclüyük!” devizini özündə ehtiva edən yeni Proqramda nəzərdə tutulan  hədəflər partiyanın hesabat dövründə fəaliyyəti üçün yol xəritəsi oldu.

Vüqar Musayev

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31