Azərbaycanın bugünkü gücü uzunmüddətli dövlətçilik siyasətinin nəticəsidir
07.10.2026 [11:48]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsini Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirmək olar. Çünki Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk YAP qurultayıdır. Digər mühüm məqam Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı zamanı toxunduğu məsələlər – görülən işlər, qarşıya qoyulan hədəflər idi. Qurultayın işi partiyanın fəaliyyətinin qiymətləndirilməsi ilə məhdudlaşmamış, keçdiyi tarixi və siyasi yol, əldə edilmiş nəticələr və gələcək inkişaf istiqamətlərinə yönəlmişdir. Bir sözlə, Qurultay Azərbaycan dövlətçiliyinin keçdiyi yolun siyasi baxımdan ümumiləşdirilməsi və gələcək mərhələyə dair baxışların ifadəsi kimi xarakterizə oluna bilər.
Dövlət başçısı İlham Əliyevin çıxışında vurğuladığı kimi əvvəlki dövrlərdə əsas strateji məqsədlərdən biri ərazi bütövlüyünün bərpası idisə, yeni mərhələdə qarşıda duran vəzifələr əldə edilmiş nəticələrin möhkəmləndirilməsi, təhlükəsizliyin qorunması, azad edilmiş ərazilərin bərpası və Azərbaycanın uzunmüddətli inkişafının təmin edilməsindən ibarətdir. Eyni zamanda YAP qarşısında dövlətçilik ideyalarının cəmiyyətə çatdırılması, gənclərlə işin gücləndirilməsi, müasir informasiya mühitinə uyğun fəaliyyət formalarının tətbiqi və Azərbaycanın inkişaf gündəminin ictimai müzakirələrdə daha geniş təqdim olunması kimi həlli vacib məsələlər dayanır.
Bu gün Azərbaycanda müasir dövlətçilik baxımından siyasi varislik məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın gələcək inkişafında gənc nəslin rolu da VIII Qurultayın müzakirə kontekstində mühüm yer tutur. YAP-ın gənclərlə işinin əsas istiqamətlərindən biri dövlətçilik tarixinin, müstəqilliyin və Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun gənc nəslə düzgün çatdırılmasıdır. Bu baxımdan veteran nəslin təcrübəsi ilə gənclərin enerjisinin əlaqələndirilməsi siyasi və ictimai baxımdan mühüm məsələdir. Bu məsələdə xüsusilə ideoloji təbliğat daha səmərəli və keyfiyyətli şəkildə aparılmalıdır. Hazırda dünyada müharibələrin artdığı bir vaxtda güc mübarizəsi təkcə hərbi meydanda deyil, həm də ideoloji sahədə aparılır. Dövlət başçısının qeyd etdiyi kimi gənclərimiz, bütün partiya üzvləri ideoloji təbliğatda daim fəal və ayıq-sayıq olmalı, yad ünsürlərin antimilli təbliğatlarının qarşısı qətiyyətlə alınmaldıır.
Qurultayın keçirildiyi beynəlxalq şərait ideoloji sahənin əhəmiyyətini artıran amillərdəndir. Azərbaycan son illərdə Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi reallıqların əsas iştirakçılarından birinə çevrilib, beynəlxalq nüfuzu durmadan artır. Xüsusilə ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra Azərbaycanın regional siyasətində yeni imkanların açılması, regional iqtisadi əlaqələrinin yüksək səviyyədə qurulması və Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolu anti-Azərbaycan qüvvələrin fəallaşmasına gətirib çıxarıb. Bu baxımdan Prezidentin VIII Qurultaydakı çıxışını yalnız daxili siyasi kontekstdə qiymətləndirmək kifayət deyil. Çıxış eyni zamanda Azərbaycanın regional və beynəlxalq mövqeyinin təqdimatı kimi də nəzərdən keçirilə bilər. Hər bir dövlət bilməlidir ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç bir xarici müdaxiləni qəbul etmir və etməyəcək.
Beləliklə, YAP-ın VIII Qurultaydının nəticələrinə əsasən demək olar ki, Azərbaycanın bugünkü gücü uzunmüddətli dövlətçilik siyasətinin nəticəsidir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası yeni mərhələnin əsas siyasi reallığıdır. Azərbaycanın iqtisadi potensialı və enerji imkanları ölkənin beynəlxalq mövqeyini gücləndirən mühüm amillərdən biridir. Təhsil, vətənpərvərlik, informasiya mühitində düzgün mövqe, həmrəylik müasir təhlükəsizlik anlayışının mühüm komponentləridir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, sosial rifah, gənclərin potensialından istifadə və beynəlxalq mövqelərin möhkəmləndirilməsi qarşıdakı mərhələnin əsas istiqamətlərindən biridir.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

