Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Yasamal rayon təşkilatında müşavirə keçirilib

YAP Yasamal rayon təşkilatında müşavirə keçirilib

08.10.2026 [16:10]

Oktyabrın 6-da Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Müşavirədə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Prezident, Yeni Azərbaycan Pariyasının Sədri cənab İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan dövlətinin qarşıdakı dövr üçün əsas inkişaf istiqamətləri və qarşıda duran mühüm vəzifələr geniş şəkildə diqqətə çatdırılıb. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilməsi ilə səciyyələnib. Nitqdə ölkənin keçdiyi tarixi yol, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əhəmiyyəti vurğulanıb. Azərbaycanın müstəqil dövlət kimi öz milli maraqlarını qoruması və beynəlxalq münasibətlərdə müstəqil siyasət yürütməsi əsas istiqamətlərdən biri kimi təqdim olunub. Qarşıdakı dövrün mühüm vəzifələri sırasında Azərbaycanın hərbi potensialının daha da gücləndirilməsi xüsusi yer tutub. Bununla yanaşı, müasir dövrdə fiziki təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizliyin də mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Sosial media, kibertəhlükələr və süni intellektin yaratdığı yeni informasiya mühiti cəmiyyətdə maarifləndirmə və informasiya təhlükəsizliyi məsələlərinə xüsusi yanaşmanı zəruri edir. Bu baxımdan təhsilin, savadlılığın, vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin gücləndirilməsi mühüm vəzifələr kimi göstərilib. İdeoloji fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması, formal yanaşmalardan uzaqlaşılması və Azərbaycan həqiqətlərinin daha geniş auditoriyalara çatdırılması da diqqət çəkən məsələlərdəndir. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının ictimai maarifləndirmə işində fəal rol oynamasının vacibliyi vurğulanıb. Xarici siyasət sahəsində Azərbaycanın müxtəlif dövlətlərlə çoxşaxəli əlaqələrinin inkişaf etdirilməsi və milli maraqların qorunması əsas prinsiplərdən biri kimi təqdim olunub. İqtisadi sahədə isə dayanıqlı inkişafın təmin edilməsi, investisiyaların cəlb olunması və qeyri-neft-qaz sektorunun genişləndirilməsi qarşıdakı prioritetlər sırasında qeyd edilib. Nitqdə son illərdə keçirilən investisiya forumlarının ölkəyə olan investor marağını göstərən amillərdən biri olduğu bildirilib. Azərbaycanın nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, Orta Dəhliz və Şimal-Cənub marşrutlarının inkişaf etdirilməsi də iqtisadi perspektivlər baxımından mühüm istiqamət kimi göstərilib. Sosial siyasətin davam etdirilməsi, minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması əhalinin rifahının yüksəldilməsi ilə bağlı əsas məsələlər sırasında yer alıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması Azərbaycanın qarşısında duran ən mühüm uzunmüddətli vəzifələrdən biri kimi xüsusi qeyd olunub. Bu ərazilərdə infrastrukturun yaradılması, yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi “Böyük Qayıdış” prosesinin əsas istiqamətlərindəndir. Qurultayda qarşıdakı mərhələdə əldə edilmiş nəticələrin qorunması ilə yanaşı, yeni strateji məqsədlərin həyata keçirilməsi üçün siyasi, iqtisadi, hərbi və ictimai imkanların səfərbər edilməsinin əhəmiyyəti önə çəkilib. Beləliklə, Prezident, Yeni Azərbaycan Pariyasının Sədri cənab İlham Əliyev nitqində səsləndirdiyi məsələlər Azərbaycanın təhlükəsizliyinin, müstəqilliyinin, iqtisadi dayanıqlığının, sosial rifahının və regional mövqeyinin gələcəkdə də möhkəmləndirilməsi ilə bağlı geniş fəaliyyət istiqamətlərini əhatə edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, Azərbaycanın gələcək inkişafında iqtisadi gücün daha da artırılması mühüm əhəmiyyət daşıyır. Dayanıqlı iqtisadiyyat dövlətin siyasi, sosial və strateji imkanlarının genişlənməsi üçün möhkəm əsas yaradır. Prezident, Yeni Azərbaycan Pariyasının Sədri cənab İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında investisiyaların cəlb edilməsinin ölkənin iqtisadi inkişafında mühüm rol oynadığı vurğulanıb. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun inkişaf etdirilməsi qarşıdakı dövrün əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın dəstəklənməsi və biznes mühitinin yaxşılaşdırılması məşğulluq imkanlarının genişlənməsinə şərait yaradır. İqtisadi inkişafın əsas məqsədlərindən biri də əhalinin sosial rifahının davamlı şəkildə yüksəldilməsidir. Sosial siyasətin gücləndirilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən hesab olunur. Azərbaycanın fəal və müstəqil xarici siyasəti ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Regional əməkdaşlığın inkişaf etdirilməsi nəqliyyat, enerji və iqtisadi layihələrin həyata keçirilməsinə mühüm töhfə verir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması Azərbaycanın qarşısında duran mühüm strateji vəzifələrdən biridir. Bu ərazilərdə həyata keçirilən layihələr yeni yaşayış məntəqələrinin, infrastrukturun və iqtisadi imkanların formalaşdırılmasına yönəlib. İqtisadi inkişafın, sosial rifahın və beynəlxalq əməkdaşlığın paralel şəkildə gücləndirilməsi Azərbaycanın gələcək tərəqqisinin mühüm dayaqlarından biri olacaqdır. Bununla yanaşı, innovasiyaların və müasir texnologiyaların iqtisadiyyata tətbiqi ölkənin rəqabət qabiliyyətinin daha da yüksəldilməsinə imkan verir. İnsan kapitalının inkişafı, xüsusilə gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Təhsil, elm və istehsal arasında əlaqələrin gücləndirilməsi yüksək əlavə dəyər yaradan yeni iqtisadi sahələrin formalaşmasına xidmət edir. Rəqəmsal iqtisadiyyatın genişləndirilməsi və innovativ sahibkarlığın dəstəklənməsi yeni imkanların yaranmasına, iqtisadi proseslərin səmərəliliyinin artırılmasına şərait yaradır. Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi ölkəmizin regional iqtisadi əlaqələrdə mövqeyini daha da möhkəmləndirir. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın həm iqtisadi potensialının, həm də beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağı kimi rolunun güclənməsinə xidmət edir. Bütün bu amillər dövlət siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ilə Azərbaycanın qarşıdakı illərdə daha güclü, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi sistemə malik ölkəyə çevriləcəyinə inam yaradır.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib ki, Prezident, Yeni Azərbaycan Pariyasının Sədri cənab İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında diqqət çəkilən mühüm məsələlərdən biri də ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasıdır. Müasir informasiya mühitində cəmiyyətlə düzgün və çevik kommunikasiya aparılması xüsusi əhəmiyyət daşıyır. İdeoloji fəaliyyət yalnız ənənəvi tədbirlərlə məhdudlaşmamalı, cəmiyyətdə baş verən proseslərlə sıx əlaqələndirilməlidir. Azərbaycanın əldə etdiyi nailiyyətlərin və ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması bu istiqamətdə mühüm vəzifələrdən biridir. Gənc nəslin dövlətçilik, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti ruhunda yetişdirilməsi də diqqət mərkəzində saxlanılmalıdır. Gənclərin müasir biliklərə yiyələnməsi ilə yanaşı, Azərbaycanın tarixini, mədəniyyətini və milli dəyərlərini dərindən bilməsi vacib hesab olunur. Rəqəmsal platformalar və sosial media müasir ideoloji fəaliyyətin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə etmək üçün savadlı, dünyagörüşlü, müasir düşüncəli və təşəbbüskar kadrların hazırlanmasına ehtiyac vardır. Cəmiyyətə təqdim olunan məlumatların dəqiq, obyektiv və əsaslandırılmış olması ictimai etimad baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni yanaşmaların tətbiqi Yeni Azərbaycan Partiyasının ictimai fəaliyyətinin daha geniş auditoriyaya çatdırılmasına şərait yarada bilər. Bu baxımdan gənclərin ictimai proseslərdə fəal iştirakının təşviq edilməsi gələcək üçün mühüm istiqamətlərdən biri kimi çıxış edir. Müasir ideoloji fəaliyyətin əsas məqsədi milli dəyərləri qorumaqla yanaşı, Azərbaycan gənclərinin gələcəyin çağırışlarına hazırlıqlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə şərait yaratmaqdır.

 “Z.Xəlilov küç.33” (Bakı Dövlət Universiteti) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, “H.Cavid pr.25” (Azərbaycan Texniki Universiteti) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat pr.40” (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev və “Tbilisi pr.107” (Aztelekom MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev çıxış edərək Prezident, Yeni Azərbaycan Pariyasının Sədri cənab İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən məsələlərdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi nəticə uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların qorunması qarşıdakı dövrdə də əsas prioritetlər sırasında dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Qarşıdakı mərhələdə əsas məqsəd əldə olunan nailiyyətlərin qorunması ilə yanaşı, dövlətin gücünün və inkişaf imkanlarının daha da artırılmasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm istiqamətlərindən biridir. Azərbaycanın müstəqil siyasət yürütməsi milli maraqların ardıcıl şəkildə müdafiəsinə imkan yaradır. Bu prosesdə milli həmrəyliyin qorunması və dövlətçilik düşüncəsinin gənc nəsildə gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası da qarşıdakı dövrdə ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına töhfə verə bilər. Dövlətçilik şüurunun möhkəmləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin vahid məqsədlər ətrafında birləşməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm amildir. Bütün bunlar güclü, müstəqil, dayanıqlı və gələcəyə inamla addımlayan Azərbaycanın inkişafının davam etdirilməsinə xidmət edir.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31