Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan-Kamboca əlaqələrində yeni əməkdaşlıq perspektivləri

Azərbaycan-Kamboca əlaqələrində yeni əməkdaşlıq perspektivləri

14.10.2026 [10:46]

Elşən Alıyev

​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri müxtəlif regionları təmsil edən dövlətlərlə əlaqələrin genişləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf etdirilməsidir. Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri də bu siyasətin məntiqi davamı olaraq iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və mövcud imkanların daha səmərəli reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan ilə Kamboca arasında siyasi dialoq beynəlxalq platformalarda əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində təmaslar ortaq maraq doğuran məsələlərin müzakirəsinə və qarşılıqlı dəstəyin möhkəmlənməsinə imkan yaradır. Parlamentlərarası əlaqələrin genişləndirilməsi də siyasi münasibətlərin inkişafına töhfə verəcəkdir.

İkitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri iqtisadi əlaqələrin genişləndirilməsidir. Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması və sahibkarlar arasında birbaşa təmasların qurulması hər iki ölkə üçün yeni perspektivlər yarada bilər. Səfər çərçivəsində iqtisadi əməkdaşlıq üzrə çərçivə sazişinin imzalanması və birgə işçi qrupunun yaradılması ilə bağlı müzakirələr bu baxımdan əhəmiyyətlidir. Azərbaycanın nəqliyyat infrastrukturu və beynəlxalq bazarlara çıxış imkanları, Kambocanın isə Cənub-Şərqi Asiyadakı iqtisadi əlaqələri tərəfdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.

Nəqliyyat və logistika sahəsi də əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqeyi beynəlxalq yükdaşımalar baxımından geniş imkanlar yaradır. Bu sahədə təcrübə mübadiləsi, eləcə də turizm şirkətləri arasında əlaqələrin qurulması və mədəni irsin qarşılıqlı tanıdılması iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edir.

Təhsil və humanitar əlaqələrin inkişafı da xüsusi təsdirəlayiqdir. Keçmişdə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması bu sahədə müəyyən ənənənin formalaşdığının göstəricisidir. Universitetlər arasında əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə elmi proqramlar qarşılıqlı anlaşmanı gücləndirəcək. Dövlət xidmətlərinin əlçatanlığı və idarəetmədə rəqəmsal həllərin tətbiqi üzrə təcrübə mübadiləsi qarşılıqlı fayda verir. Dövlət başçısının qeyd etdiyi kimi ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur: “Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər”.

Humanitar əməkdaşlığın digər istiqaməti mina təhlükəsi ilə mübarizədir. İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlar insanların həyatına təhlükə yaratmaqla yanaşı, bərpa işlərini və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını da çətinləşdirir. Maarifləndirmə, mütəxəssis hazırlığı və müvafiq təcrübənin bölüşülməsi bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsinə kömək edir.

Sülh və təhlükəsizlik məsələləri də ikitərəfli münasibətlərin mühüm istiqamətlərindəndir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn prinsiplərinə riayət və mübahisələrin sülh yolu ilə həlli davamlı sabitliyin əsas şərtləridir. Azərbaycanın münaqişədən sonrakı dövrdə həyata keçirdiyi bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramı sülh şəraitində inkişafın təmin edilməsinə yönəlmiş siyasətin tərkib hissəsidir. Bu sahədə təcrübə mübadiləsi də qarşılıqlı əməkdaşlığa əlavə məzmun qazandıracaqdır.

Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı üçün yüksək səviyyəli təmasların davam etdirilməsi, əldə olunan razılaşmaların icrası və birgə təşəbbüslərin dəstəklənməsi vacibdir. Siyasi dialoqun iqtisadi, humanitar, texnoloji və nəqliyyat sahələrində konkret əməkdaşlıqla tamamlanması tərəfdaşlığın daha səmərəli olmasına imkan verəcək.

Beləliklə, Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Qarşılıqlı maraqlara əsaslanan təşəbbüslərin həyata keçirilməsi iqtisadi münasibətlərin inkişafına, xalqlar arasında dostluğun möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.

Paylaş:
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31