Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qurultayın qərarları Partiyanın qarşıdakı fəaliyyəti üçün proqram sənədidir

Qurultayın qərarları Partiyanın qarşıdakı fəaliyyəti üçün proqram sənədidir

14.10.2026 [12:07]

2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin söylədiyi fikirlər ölkəmizin keçdiyi tarixi inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Partiya sədri çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu xüsusi vurğulayaraq partiyanın fəaliyyətinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyət kəsb etdiyini bildirdi. Çıxışda vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası ötən dövr ərzində dövlətçilik maraqlarının qorunması, siyasi sabitliyin möhkəmləndirilməsi və Azərbaycanın inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərib.

Möhtərəm Prezidentin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası xüsusi yer tutdu. Bildirildi ki, VIII Qurultay əvvəlki qurultaylardan fərqli olaraq, Azərbaycanın öz suverenliyini tam təmin etdiyi yeni siyasi və geosiyasi şəraitdə keçirilir. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20 də həyata keçirilən antiterror tədbirləri suverenliyimizin tam bərpası olmaqla, ölkəmizin tarixində mühüm mərhələ olmuşdur. Bu nailiyyətlər Azərbaycan dövlətinin qətiyyətinin, milli birliyin və xalqımızın iradəsinin təntənəsi kimi dəyərləndirilir.

Dövlət başçısı Azərbaycanın əldə etdiyi uğurların asanlıqla qazanılmadığını, ölkəmizin müxtəlif təzyiqlərlə və çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb. Bununla belə, həyata keçirilən məqsədyönlü siyasət, qətiyyətli mövqe və xalqın birliyi qarşıya qoyulan hədəflərə çatmağa imkan verib. Bu baxımdan, milli həmrəyliyin qorunması və dövlət maraqlarının hər zaman üstün tutulması Azərbaycanın gələcək inkişafı üçün də mühüm amillərdir.

Partiya liderinin Qurultaydakı çıxışında müasir dünyada baş verən proseslər və təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Onun nitqində  beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı, müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanın müdafiə qabiliyyətinin və hərbi potensialının gücləndirilməsinin vacibliyini vurğuladı. Dövlətimizin təhlükəsizliyinin təmin edilməsi, mümkün təhdidlərin qarşısının alınması və müstəqil siyasətin davam etdirilməsi qarşıda duran əsas vəzifələr kimi müəyyən edildi.

Eyni zamanda, ölkənin iqtisadi inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin sosial rifahının yüksəldilməsi kimi məsələlər də mühüm prioritetlər sırasında yer aldı. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması və yeni inkişaf hədəflərinə çatması üçün siyasi sabitliyin, milli birliyin və dövlətçilik ənənələrinin davamlı şəkildə möhkəmləndirilməsinin vacibliyi də çıxışda yer almışdı.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlərin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir. Qurultay Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə də ölkənin ictimai-siyasi həyatında fəal iştirakının və dövlətçilik məqsədlərinin həyata keçirilməsinə töhfə verməsinin əhəmiyyətini nümayiş etdirdi.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 20 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31