Təhsilalanların geyim forması müvafiq qaydalar əsasında müəyyənləşdirilir
14.10.2026 [12:11]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini İntiqam Quliyev
Ölkə Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməsi bu istiqamətdə aparılan maarifləndirmə və tərbiyə işlərinin əhəmiyyətini bir daha ön plana çıxarır. İdeoloji təhlükəsizlik milli maraqların, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin və milli kimliyin qorunmasını nəzərdə tutan mühüm anlayışdır. Bu dəyərlərin gənc nəslə aşılanmasında ailə ilə yanaşı, təhsil müəssisələrinin də üzərinə mühüm vəzifələr düşür. İdeoloji təhlükəsizliyin təmin olunması cəmiyyətin milli-mənəvi əsaslarının qorunması, gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılması və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi ilə sıx bağlıdır. Qloballaşma, informasiya axınının sürətlənməsi və müxtəlif mədəni təsirlərin geniş yayılması şəraitində uşaqların və yeniyetmələrin milli dəyərlərə bağlı, müstəqil düşüncəyə malik, məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsi xüsusi aktuallıq kəsb edir.
Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların davranışlarının, məsuliyyət hissinin və cəmiyyətə münasibətinin formalaşdığı mühüm tərbiyə mühitidir. Buna görə də geyimlə bağlı tələblər sadəcə xarici görünüşü tənzimləyən qaydalar kimi deyil, məktəbin daxili nizam-intizamını və işgüzar mühitini dəstəkləyən amil kimi qiymətləndirilməlidir.
Təhsilalanların geyim forması müvafiq qaydalar əsasında müəyyənləşdirilir və onların məktəb şəraitinə uyğun, səliqəli görünüşünü təmin etməyə xidmət edir. Məktəbli geyiminin vahid olması şagirdlər arasında geyimlə bağlı fərqlərin ön plana çıxmasının qarşısını almağa, diqqətin dərslərə və təlim fəaliyyətinə yönəlməsinə şərait yaratmağa kömək edir. Geyim rahat, təmiz, mövsümə uyğun olmalı, şagirdin sərbəst hərəkətinə və dərslərdə iştirakına maneə yaratmamalıdır. Bu məsələdə məktəb rəhbərliyinin, müəllimlərin və valideynlərin əməkdaşlığı vacibdir. Valideynlərin müəyyən edilmiş formaya diqqət yetirməsi uşaqlarda səliqəlilik, özünəqulluq və qaydalara məsuliyyətlə yanaşmaq vərdişlərinin inkişafına dəstək verir.
Təhsilalanlarla yanaşı, təhsilverənlərin geyimi də məktəb mühitinin ümumi mədəniyyətində xüsusi yer tutur. Müəllimin geyimi onun peşə fəaliyyətinə uyğun, səliqəli və işgüzar olmalı, tədris prosesinin xüsusiyyətlərini nəzərə almalıdır. Pedaqoji fəaliyyət yalnız biliklərin ötürülməsi ilə məhdudlaşmadığından, müəllimin davranışı, ünsiyyət tərzi və şəxsi nümunəsi də şagirdlərin tərbiyəsinə təsir göstərir. Bu baxımdan geyimə dair tələblərin məqsədi şəxsi seçimləri əsassız şəkildə məhdudlaşdırmaq deyil, təhsil müəssisəsinə uyğun peşəkar görünüş və vahid yanaşma formalaşdırmaqdır. Eyni zamanda, ayrı-ayrı fənlərin xüsusiyyətləri nəzərə alınmalı, fiziki fəaliyyət və laboratoriya məşğələləri zamanı təhlükəsizlik, rahatlıq və funksionallıq əsas götürülməlidir.
Geyimlə bağlı qaydaların düzgün tətbiqi üçün onların məzmununun məktəb ictimaiyyətinə aydın şəkildə izah edilməsi vacibdir. Məktəb rəhbərliyi qüvvədə olan normativ tələblərin icrasını təmin etməli, müəllimlər şagirdlərə nümunə göstərməli, valideynlər isə təhsil müəssisəsi ilə əməkdaşlıq etməlidirlər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
YAP xəbərləri
13 Oktyabr 18:38
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53

