Azərbaycan-Kamboca: qarşılıqlı əməkdaşlığın uğurlu perspettivləri
14.10.2026 [12:27]
Azərbaycan dünyanın bütün sülhsevər dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişafına daim xüsusi önəm verir və dövlətimizin xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi də mühüm yer tutur. Bu baxımdan Azərbaycan-Kamboca əlaqələri də xüsusi vurğulanmalıdır.
Azərbaycan ilə Kamboca Krallığı arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Hər iki ölkə arasındakı münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir.
Kamboca və Azərbaycan biri birindən uzaq məsafədə yerləşsə də, iki ölkə arasında əlaqələr daim genişlənir və inkişaf edir. Ötən dövr ərzində formalaşan qarşılıqlı hörmət və etimad mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkan yaradıb.
Oktyabrın 12-də Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfər etmiş Kamboca Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi görüşlər, qarşılıqlı münasibətlərin müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması və liderlərin mətbuata bəyanatlarla çıxış etməsi hər iki dövlət arasında formalaşan strateji dialoqun əyani təzahürü oldu və bu gün beynəlxalq müstəvidə fəal tərəfdaşlıq edən Azərbaycan və Kamboca qlobal təşkilatlar çərçivəsində bir-birinin mövqeyini qətiyyətlə dəstəkləyirlər.
Prezident İlham Əliyev görüş çərçivəsində mətbuata bəyanatında Azərbaycanla Kamboca arasında siyasi münasibətlərin güclü olduğuna diqqət çəkərək iki ölkəni yaxşı dost və tərəfdaşlar kimi səciyyələndirməsi, dövlətlərarası siyasi dialoqun yüksək səviyyəsini dəyərləndirməsi, iki ölkənin yaxşı dost və tərəfdaş olduğunu qeyd edərək "Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik" deməsi hər iki ölkə arasında olan mövcud münasibətlərin gələcəkdə də inkişaf edəcəyini yəqin edir. Bu, ölkələr arasındakı diplomatik münasibətlərin yalnız çoxtərəfli platformalarla məhdudlaşmadığını, həm də ikitərəfli formatda daha dinamik xarakter aldığını göstərir. Qarşılıqlı siyasi iradə və həmrəylik Bakı ilə Pnompen arasında bütün sahələr üzrə əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi üçün etibarlı zəmin yaradır.
Ölkələrimiz arasındakı qanunverici hakimiyyət orqanları səviyyəsindəki əlaqələr də ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. İki ölkənin parlamentləri səviyyəsində əlaqələr qurulub və qanunvericilik orqanlarında parlament dostluq qrupu fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir. Kamboca həmçinin Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi qismində qoşulmaq təşəbbüsünü yaxından dəstəkləyir. Bu çoxtərəfli həmrəylik iki dövlətin qlobal platformalarda ədalətli beynəlxalq nizamın, suverenliyin və müstəqil xarici siyasət xəttinin qorunması prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Azərbaycan-Kamboca arasında ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən birini humanitar sahə təşkil edir. Keçmiş Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb və hazırki mərhələdə bu ənənənin bərpa edilməsi və hər iki ölkədə qarşılıqlı təhsil imkanlarının yaradılması mümkündür. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə gözəl bir töhfə ola bilər. Təhsil və mədəniyyət sahələrindəki tarixi bağlar Azərbaycan-Kamboca münasibətlərinin mühüm elementləridir. Azərbaycanda kambocalı tələbələrin ali təhsil alması ənənəsinin bərpa olunması təşəbbüsü, kadr hazırlığı və tələbə mübadiləsinin yenidən aktivləşdirilməsi iki ölkənin cari əməkdaşlıq gündəliyində önəmli yer tutur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadilə edilməsi bu baxımdan xüsusi önəm kəsb edir.
Bu gün Azərbaycanın intellektual brendinə çevrilən “ASAN xidmət” modeli artıq bütün dünyada tanınır və dövlət xidmətlərinin tətbiqində bu modelə keçid edən ölkələrin sayı getdikcə artır. Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN xidmət” modelinə dost Kambocada da maraq göstərilir və dost ölkədə oxşar xidmət şəbəkəsinin qurulması ikitərəfli münasibətlərə öz müsbət təsirini göstərə bilər.
Avrasiya nəqliyyat-logistika dəhlizlərinin mərkəzində dayanan Azərbaycanın bu strateji mövqeyi Kamboca ilə iqtisadi tərəfdaşlığın daha geniş coğrafiyaya inteqrasiyasına zəmin yaradır. Azərbaycanın geostrateji imkanlarına və Avrasiya məkanında oynadığı mühüm tranzit roluna diqqət çəkən Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib: "Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır". Dövlətimizin başçısının bu fikri ölkəmizin regionlararası nəqliyyat-logistika dəhlizlərinin mərkəzində dayandığını və Kamboca ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün mühüm körpü rolunu oynadığını bir daha nümayiş etdirir.
İki ölkə arasında iqtisadi-ticari əlaqələrin şaxələndirilməsi, qarşılıqlı investisiya mühitinin stimullaşdırılması və potensial imkanların reallaşdırılması xüsusi diqqət mərkəzindədir. Ticarət dövriyyəsinin həcmini artırmaq, sənaye, birgə istehsal və enerji təhlükəsizliyi kimi vacib sahələrdə layihələri reallaşdırmaq məqsədilə praktiki aspektlərə diqqət yetirəcək birgə işçi qrupunun yaradılması bu istiqamətdə atılan ən mühüm addımlardan biridir.
Azərbaycan və Kamboca arasında müdafiə və regional təhlükəsizlik məsələləri üzrə də müəyyən səviyyədə dialoq və məsləhətləşmələr davam etdirilir. Hər iki dövlət münaqişələr nəticəsində ciddi mina çirklənməsindən zərər çəkdiyi üçün minatəmizləmə sahəsində təcrübə mübadiləsi, texnoloji tərəfdaşlıq və beynəlxalq miqyasda birgə təşəbbüslərin irəli sürülməsi xüsusi aktuallıq kəsb edir. Kambocanın minatəmizləmə sahəsində qazandığı təcrübə ilə Azərbaycanın işğaldan təmizlənmiş ərazilərdə apardığı genişmiqyaslı minatəmizləmə fəaliyyətinin sintezi hər iki tərəf üçün faydalı əməkdaşlıq imkanları açır.
Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi və sabitliyi davamlı inkişafın əsas və dəyişməz şərti hesab edirlər. Liderlər tərəfindən bəyan edildiyi kimi sülh və təhlükəsizlik beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Tarixi sınaqlardan keçmiş və oxşar çətinliklərlə üzləşmiş hər iki xalqın beynəlxalq hüquqa, ədalətə və suverenliyə verdiyi yüksək dəyər onları bir-birinə daha da yaxınlaşdırır.
Yüksəksəviyyəli rəsmi görüşlər, imzalanan yeni ikitərəfli sənədlər və nümayiş etdirilən siyasi iradə Azərbaycan-Kamboca münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Siyasi dialoqun dərinləşməsi, iqtisadi və investisiya əlaqələrinin genişlənməsi, eləcə də humanitar və minatəmizləmə sahələrindəki praktiki tərəfdaşlıq iki ölkə arasında dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.
Hər iki ölkə beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyətlər həyata keçirməklə bir-birinə dəstək verir və bütün bunlar Azərbaycan və Kamboca arasında qarşılıqlı əməkdaşlığın uğurlu perspektivlərindən xəbər verir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
YAP xəbərləri
13 Oktyabr 18:38
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53

