Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Samux  rayon təşkilatının  Ərazi Partiya Təşkilatlarında silsilə  tədbirlər davam etdirilir

YAP Samux  rayon təşkilatının  Ərazi Partiya Təşkilatlarında silsilə  tədbirlər davam etdirilir

14.10.2026 [16:18]

Oktyabrın 14-də YAP  Samux  rayon təşkilatının Çobanabdallı, Qarabağlar və  Əhmədbəyli  kənd  ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyulan strateji hədəflərlə bağlı növbəti tədbirlər  keçirilib.

Tədbirlər zamanı öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Çıxış edən YAP Samux rayon təşkilatının sədri  Gündüz Bayramov bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, Yeni Azərbaycan Partiyasının qarşısında duran mühüm vəzifələri də aydın şəkildə ortaya qoyur. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və dövlətçilik ənənələrinə əsaslanan inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Çıxışlar zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi potensialının güclənməsi tarixi nailiyyətlər kimi dəyərləndirilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, Böyük Qayıdış prosesinin sürətləndirilməsinin və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirlərdə müasir dövrün çağırışları fonunda ideoloji təhlükəsizliyin qorunması məsələsinə xüsusi diqqət yetirilib. Qeyd edilib ki, informasiya məkanında yayılan yanlış məlumatlara və təxribatlara qarşı mübarizədə cəmiyyətin maarifləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə və vətənpərvərlik prinsiplərinə bağlılığının gücləndirilməsi vacibdir. Bu baxımdan, partiya fəallarının üzərinə düşən əsas vəzifələrdən biri ölkəmizdə həyata keçirilən siyasətin mahiyyətini, əldə olunan nailiyyətləri və Azərbaycanın real inkişaf mənzərəsini ictimaiyyətə dolğun şəkildə çatdırmaqdır.

Bildirilib ki, Yeni Azərbaycan Partiyası yalnız siyasi proseslərin iştirakçısı deyil, həm də cəmiyyətlə dövlət arasında əlaqələrin möhkəmləndirilməsinə, milli həmrəyliyin qorunmasına və dövlətçilik ideyalarının təşviqinə töhfə verən mühüm siyasi qüvvədir. Buna görə də partiya üzvləri fəaliyyətlərində müasir yanaşmalara üstünlük verməli, ictimaiyyətlə ünsiyyəti genişləndirməli və qarşıya qoyulan vəzifələrin icrasında fəallıq nümayiş etdirməlidirlər.

Tədbirlərin sonunda Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn hədəflərin həyata keçirilməsində YAP  Samux  rayon təşkilatının üzvlərinin üzərinə düşən məsuliyyət bir daha vurğulanıb. İştirakçılar ölkəmizin davamlı inkişafına, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə və milli maraqlarımızın qorunmasına bundan sonra da öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31