/ / Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında iclas keçirildi
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında iclas keçirildi
14.10.2026 [16:19]
Bu gün - 14.10.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Gədəbəy Qaz İstismar İdarəsi , Gədəbəy şəhər 2 saylı tam orta məktəb,Samanlıq və Nərimankənd kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı iclas keçirildi. İclasda cıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev qeyd etdi ki ”Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixinin mühüm siyasi hadisələrindən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan bu siyasi təşkilat ölkəmizin dövlətçilik tarixində mühüm rol oynayıb. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, YAP-ın yaradılması xalqın tələbi idi. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunması və ölkənin inkişafı ilə sıx bağlıdır.
Bu gün Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın aparıcı siyasi qüvvələrindən biri kimi böyük siyasi nüfuza malikdir. Üç onillikdən artıq müddətdə partiyanın fəaliyyəti ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutub. YAP üzvləri Azərbaycanın inkişafına, dövlətçilik ənənələrinin qorunmasına və qarşıya qoyulan milli məqsədlərin həyata keçirilməsinə öz töhfələrini verirlər.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər və 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xüsusi diqqət çəkən məsələlərdən olub. Bu nailiyyətlər Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcını qoyub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri isə Zəfərin yaratdığı yeni reallıqların praktik nəticələridir.
Çıxışın mühüm istiqamətlərindən biri də Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamlılığı məsələsidir. Bu gün Azərbaycanın inkişaf strategiyasının əsasında dayanan siyasi kursun dəyişməz olaraq davam etdirilməsi ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir.
Cənab Prezident çıxışında ideoloji işin müasir dövrün tələblərinə uyğun təşkil edilməsinin vacibliyini də vurğulayıb. Müasir informasiya mühitində həqiqətlərin cəmiyyətə düzgün və operativ şəkildə çatdırılması mühüm vəzifələrdəndir. Bu baxımdan, xüsusilə gənclərin düzgün məlumatlandırılması, milli dəyərlərə və dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsi böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın xarici siyasətinin uğurları da geniş şəkildə diqqətə çatdırılıb. Azərbaycanın müxtəlif dövlətlərlə çoxşaxəli münasibətlər qurması, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və müstəqil xarici siyasət həyata keçirməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Azərbaycan heç bir siyasi düşərgəyə qoşulmadan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür.”
Xəbər lenti
Hamısına baxGündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Gündəm
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
YAP xəbərləri
13 Oktyabr 18:38
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41

