Füzuli şəhəri günü zəfərimizin əlamətdar günlərindən biridir
16.10.2026 [22:16]
Azərbaycanın Qarabağ bölgəsində mühüm tarixi və strateji mövqeyə malik olan Füzuli rayonu zəngin keçmişi, ağır işğal taleyi və möhtəşəm qayıdış salnaməsi ilə xalqımızın yaddaşında xüsusi yer tutur. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu qədim yurd Azərbaycan tarixində və milli-mənəvi irsində xüsusi mövqeyə malikdir. Tarixi-dini abidələri və əsrlərin izini yaşadan türbələri Füzulinin zəngin mədəni mühitindən xəbər verir.
Müasir rayonun tarixi də Azərbaycan dövlətçiliyi və milli yaddaşı ilə sıx bağlıdır. Əsası 1827-ci ildə qoyulan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil edilmiş, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır.
Füzulinin taleyində ən ağrılı mərhələ 1993-cü ilin avqustunda başladı. Həmin il avqustun 23-də şəhər və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal yüzlərlə insanın həyatına son qoydu, minlərlə sakini doğma torpağından didərgin saldı. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində rayonun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi göstərdi ki, Füzuli heç vaxt unudulmayacaq, onun azadlığı uğrunda mübarizə davam edəcək.
Bu mübarizə 2020-ci ilin payızında öz tarixi zirvəsinə çatdı. Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlər müharibənin ən ağır və həlledici əməliyyatlarından idi. Düşmən 30 il ərzində təmas xəttində çoxpilləli müdafiə sistemi və möhkəm istehkamlar qurmuşdu. Hətta bir sıra hərbi mütəxəssislər bu müdafiə xətlərinin yarılmasının uzun zaman aparacağını düşünürdülər. Lakin Azərbaycan Ordusunun peşəkarlığı və hərbçilərimizin qəhrəmanlığı bu təsəvvürləri alt-üst etdi. Füzuli uğrunda döyüşlər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirən mühüm səhifələrdən biri oldu. Bir neçə müdafiə xəttinin yarılması yalnız taktiki uğur deyildi, eyni zamanda sonrakı hərbi əməliyyatlar üçün geniş strateji imkanlar yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu hərbi strategiya Ordumuzun iradəsi və peşəkarlığı ilə vəhdət təşkil etdi. Nəticədə düşmənin uzun illər ərzində yaratdığı istehkam sistemi yarıldı, onun müqavimət imkanları sarsıdıldı və işğalçı qüvvələr geri çəkilməyə məcbur oldu.
17 oktyabr 2020-ci il Füzulinin yeni tarixinin başlanğıcı kimi yadda qaldı. Həmin gün Füzuli şəhəri ilə yanaşı Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri işğaldan azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi azadlığına qovuşdu. Bu qələbə 27 il davam edən həsrətin sona çatması, tarixi ədalətin bərpası və qayıdışın başlanması demək idi. Füzulinin azadlığı uğrunda vuruşan qəhrəmanların xidmətləri Azərbaycan dövlətinin yüksək qiymətini aldı. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi və döyüş əməliyyatlarında igidlik və şücaət göstərən on minlərlə hərbi qulluqçu bu medalla təltif olundu.
Bu gün 17 Oktyabr dövlət səviyyəsində təsis edilmiş Füzuli şəhəri günüdür. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günləri müəyyənləşdirildi və 17 oktyabr Füzuli şəhəri günü kimi təsbit olundu. Lakin Füzuli üçün qələbə yalnız azadlıqla yekunlaşmadı. Qarşıda dağıdılmış şəhəri və kəndləri yenidən qurmaq, həyatın bütün sahələrini bərpa etmək kimi böyük vəzifələr dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti Füzulini qısa müddətdə genişmiqyaslı bərpa və inkişaf məkanına çevirdi. Təsdiq edilmiş Baş plan, yeni yollar, enerji və su infrastrukturu, beynəlxalq hava limanı və digər layihələr rayonun gələcək inkişafının möhkəm təməlini formalaşdırır.
Füzulidə qurulan yeni həyatın mərkəzində insan dayanır. Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı, yeni yaşayış məkanlarının yaradılması və sosial infrastrukturun qurulması azadlığın real məzmununu göstərir. Uzun illər ayrılıq yaşayan insanların Füzuliyə qayıtması Zəfərin ən böyük mənəvi nəticələrindən biridir.
17 Oktyabr – Füzuli şəhəri günü buna görə yalnız təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün işğala qarşı mübarizənin, şəhidlərin xatirəsinin, qəhrəman Ordunun şücaətinin və dövlətimizin qətiyyətinin rəmzidir. Füzulinin azad olunması Azərbaycan xalqının öz torpağına bağlılığını, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlət-ordu-xalq birliyinin sarsılmaz gücünü bir daha nümayiş etdirdi. Bu gün yenidən qurulan Füzuli keçmişin ağrılarını arxada qoyaraq gələcəyə inamla addımlayır. Onun dirçəlişi azad Qarabağın ümumi inkişafının, müasir Azərbaycanın isə qələbədən quruculuğa uzanan uğurlu yolunun parlaq ifadəsidir.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Mədəniyyət
16 Oktyabr 10:04

