Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın VIII Qurultayı qarşıda yeni vəzifələr müəyyənləşdirir

YAP-ın VIII Qurultayı qarşıda yeni vəzifələr müəyyənləşdirir

22.10.2026 [15:49]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Kəngərli rayon təşkilatının Xıncab kənd və Təzəkənd kənd ərazi partiya təşkilatlarında tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərin mövzusu VIII Qurultayda müəyyənləşdirilən yeni hədəflər, partiya üzvlərinin məsuliyyəti və qarşıdakı dövrdə yerli təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi olub.

Tədbirlərdə çıxış edən natiqlər bildiriblər ki, VIII Qurultay partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirməklə yanaşı, gələcək fəaliyyət üçün mühüm istiqamətlər də ortaya qoyub. Vurğulanıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı partiyanın qarşısında duran strateji hədəfləri, yeni dövrün çağırışlarını və bu istiqamətdə görülməli işləri aydın şəkildə ortaya qoyub. Prezident İlham Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, dövlətçilik dəyərlərinin təbliği və cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsi hər bir partiya üzvündən fəallıq və məsuliyyət tələb edir. Qeyd olunub ki, partiyanın gücü üzvlərinin birliyində, təşəbbüskarlığında və gördüyü konkret işlərdə təzahür edir. Yerli təşkilatların əsas məqsədi qurultaydan irəli gələn vəzifələri əməli fəaliyyətə çevirmək və ictimai etimadı daha da gücləndirməkdir.

Çıxışlarda maarifləndirmə işinin genişləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və yerli təşkilatların fəaliyyətində təşəbbüskarlığın artırılması məsələlərinə toxunulub.

Tədbirlərdə qurultay qərarlarının icrası, qarşıda duran vəzifələrin həyata keçirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31