Qubadlı – Azərbaycanın suverenliyinin təntənəsi
22.10.2026 [15:54]
25 Oktyabr – Qubadlı şəhəri günü Azərbaycan tarixində dövlət suverenliyinin bərpasını, milli iradənin gücünü və işğaldan azad edilmiş torpaqlarda yeni həyatın qurulmasını əks etdirən əlamətdar tarixdir. Qubadlının azad edilməsi Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mühüm mərhələlərindən biri olmaqla, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həlledici rol oynadı.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, əhalinin doğma yurdlarından didərgin düşməsinə səbəb olmuş, bölgənin iqtisadi və sosial həyatı ağır zərbə almışdı. Uzun illər ərzində Qubadlı sakinlərinin əsas arzusu doğma torpaqlarına qayıtmaq, dağıdılmış evlərini və yarımçıq qalmış həyatlarını yenidən qurmaq idi.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin Azərbaycan Ordusu tərəfindən azad edilməsi bu arzunun gerçəkləşməsinə aparan tarixi yolun mühüm mərhələsi oldu. Şəhərin azadlığı Vətən müharibəsində qələbəmizi yaxınlaşdırdı və Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək əzmini nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər dövlətimizin hərbi-siyasi qüdrətini və xalqımızın birliyini bütün dünyaya göstərdi.
Dövlət başçısının Qubadlı ilə bağlı fikirləri bu tarixi hadisənin mahiyyətini aydın ifadə edir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu yanaşma Qubadlının azadlığının yalnız hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası olduğunu təsdiqləyir.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan bayrağının ucaldılması dövlət suverenliyinin bərpasının rəmzi hadisələrindən biri oldu. Sonrakı illərdə həyata keçirilən səfərlər və verilən tapşırıqlar bölgənin bərpasına, infrastrukturun yenilənməsinə və əhalinin doğma yurda qayıdışına yönəlmiş ardıcıl dövlət siyasətinin tərkib hissəsinə çevrildi.
2021-ci il oktyabrın 25-də Qubadlı–Xanlıq avtomobil yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyası və Dövlət Sərhəd Xidmətinin hərbi kompleksi istifadəyə verildi. 2022-ci ildə su təsərrüfatı və enerji infrastrukturu üzrə layihələr nəzərdən keçirildi, yeni obyektlərin təməlləri qoyuldu. 2023-cü il mayın 4-də isə Qubadlıda ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik məktəbin və 91 çarpayılıq mərkəzi xəstəxananın təməlinin qoyulması şəhərin gələcək inkişafı baxımından mühüm addım oldu. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərində aparılan quruculuq işləri də Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirildiyini göstərir.
Qubadlının bərpası təkcə yeni yolların, yaşayış evlərinin və sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Burada məqsəd insanların təhlükəsiz, rahat və dayanıqlı yaşayışı üçün zəruri şərait yaratmaq, iqtisadi fəallığı artırmaq, məşğulluq imkanlarını genişləndirmək və bölgənin əvvəlki həyat ritmini müasir tələblərə uyğun bərpa etməkdir. Qubadlı–Laçın avtomobil yolu kimi mühüm nəqliyyat layihələri də rayonun ölkənin ümumi iqtisadi və infrastruktur məkanına inteqrasiyasına xidmət edir.
Qubadlı şəhəri gününün təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir. 25 Oktyabr artıq yalnız azadlıq tarixinin deyil, həm də quruculuğun, qayıdışın və gələcəyə inamın rəmzidir. Qubadlının dirçəldilməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa siyasətinin mühüm istiqamətlərindən biridir.
Bu gün Qubadlıda görülən işlər dövlətin öz vətəndaşlarına, tarixi torpaqlarına və gələcək nəsillərə münasibətini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi azad edilmiş ərazilərdə davamlı inkişafı təmin etmək, keçmiş məcburi köçkünlərin doğma yurdlarında layiqli yaşayışını bərpa etmək və bu torpaqları ölkənin ümumi inkişafına töhfə verən bölgələrə çevirməkdir.
25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında azadlığın, dövlət suverenliyinin və milli birliyin təntənəsi kimi yaşayır. Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla anılır, qazilərimizin fədakarlığı minnətdarlıqla yad edilir. Doğma yurda qayıdış və quruculuq prosesi isə qazanılmış Zəfərin sülh və inkişafla möhkəmləndirilməsinin əyani göstəricisidir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
22 Oktyabr 15:19
Siyasət
22 Oktyabr 15:06
YAP xəbərləri
22 Oktyabr 14:46
Sosial
22 Oktyabr 14:33
Sosial
22 Oktyabr 14:32
Sosial
22 Oktyabr 14:31
İqtisadiyyat
22 Oktyabr 14:28
Hadisə
22 Oktyabr 14:28
Dünya
22 Oktyabr 14:22
YAP xəbərləri
22 Oktyabr 14:05
Dünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:57
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49

