/ / Qaradağda YAP tərəfindən bələdiyyə seçkilərində irəli sürülmüş gənc namizədlərlə görüş keçirilib
Qaradağda YAP tərəfindən bələdiyyə seçkilərində irəli sürülmüş gənc namizədlərlə görüş keçirilib
17.12.2014 [10:20]
Aydın Hüseynov: YAP gənclərin inkişafında mühüm rol oynayır və gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş meydan verir
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş partiya tərəfindən irəli sürülmüş gənc namizədlərlə keçirilib. Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov əvvəlcə qarşıdan gələn bələdiyyə seçkisindən danışıb və bələdiyyə seçkilərinin idarəetmədə mühüm rol oynadığını, bələdiyyələrin Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd edib.
Daha sonra ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat verən A.Hüseynov deyib ki, bu gün Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin ölkə həyatında fəal iştirakına, onların intellektual inkişafına və potensiallarının artırılmasına əsaslı zəmin yaradıb: “Əlbəttə ki, Azərbaycanın ən böyük və güclü siyasi təşkilatı olan YAP da gənclərin inkişafında mühüm rol oynayır. Partiyamız gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş meydan verir. Bələdiyyə seçkilərində gənc namizədlərin də üstünlük təşkil etməsi bu məqsədə xidmət edir”.
YAP Siyasi Şurasının üzvü əmin olduğunu vurğulayıb ki, partiyanın irəli sürdüyü gənc namizədlər öz fəaliyyətləri ilə bu etimadı doğruldacaqlar.
Tədbirdə iştirak edən YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və Qaradağ rayon Gənclər və idman idarəsinin sədri Elçin Abbasov da ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurları haqqında ətraflı məlumat verərək deyiblər ki, bu gün ölkəmizin əldə etdiyi nailiyyətlərdə gənclərin də rolu və payı var. Onlar gənc namizədlərə bu seçki marafonunda uğurlar arzulayıb.
Tədbirdə çıxış edən gənc namizədlər - Racu Vəliyev, Əlizamin Məmmədov, Sənurə Orucova, Fərid Tağıyev və digərləri partiyanın gənclərin inkişafına göstərdiyi dəstəyə görə minnətdarlıqlarını ifadə edərək seçkilərdə seçicilərin etimadını qazanacaqları təqdirdə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə söz veriblər.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59

