YAP Mərkəzi Seçki Qərargahının Yevlaxda zona müşavirəsi keçirilib
25.08.2015 [10:18]
Avqustun 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Yevlax şəhərində partiyanın Mingəçevir şəhər və Bərdə, Ağcabədi, Goranboy, Tərtər, Yevlax, Ağdam, Xocalı, Laçın rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib.
Müşavirədə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, eləcə də, adıçəkilən rayon şöbələrinin seçki qərargahlarının üzvləri iştirak ediblər.
Müşavirədə çıxış edən YAP-ın Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov cari ilin noyabr ayında ölkəmizdə Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi hazırlıqlar görüldüyünü və YAP-ın bütün seçkilərdə olduğu kimi bu dəfə də bütün gücünü, resurslarını səfərbər etdiyini bildirib. YAP-ın İcra katibi partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahlarının üzvlərinin mütləq əksəriyyətinin böyük seçki təcrübəsinə malik olduqlarını vurğulayaraq qarşıdan gələn parlament seçkilərində də onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.
“Qələbələrimizin əldə olunmasında partiyamızın üzvlərinin fədakarlığı, əzmkarlığı mühüm rol oynayır”, - deyən Əli Əhmədov YAP-ın parlament seçkilərində möhtəşəm qələbə qazanması üçün kifayət qədər əsasların olduğunu bildirib. O, həmçinin, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb: “Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən YAP, sözün əsl mənasında, ümumxalq partiyası kimi çıxış edir. Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir”.
Əli Əhmədov Azərbaycanın hazırda demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer aldığını bildirərək ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatların mütəmadi xarakter daşıdığını vurğulayıb: “Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir”.
YAP Sədrinin müavini ölkəmizdə keçirilən bütün seçkilərin demokratik standartlar əsasında baş tutduğunu bildirərək cari ildə keçiriləcək parlament seçkilərinin də bu dəyərlər əsasında reallaşacağını qeyd edib: “Azərbaycan vətəndaşları iradələri əsasında etimad göstərdikləri siyasi qüvvələri dəstəkləyəcək və fəaliyyətində Azərbaycanın milli maraqlarını əsas götürən, demokratik dəyərlərə üstünlük verən, ölkənin inkişafı naminə çoxşaxəli fəaliyyət göstərən avanqard siyasi qüvvəyə növbəti dəfə etimad göstərəcəklər”.
Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasətin fonunda sosial-iqtisadi islahatların ardıcıl şəkildə həyata keçirilməsi, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və digər bu kimi amillər Azərbaycan vətəndaşlarının Yeni Azərbaycan Partiyasına olan inamını daha da artırıb: “Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə yüksək hazırlığı da qələbəni şərtləndirəcək növbəti amildir. Bütün bu amillər YAP-ın parlament seçkilərində istinad edəcəyi ciddi resurslardır. Biz inanırıq ki, bu resurslar, xüsusilə Prezidentimizin gördüyü işlər sayəsində YAP növbəti parlament seçkilərində uğur qazanacaq”.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

