YAP Tərtər rayon təşkilatı Seçki Qərargahının növbəti iclası olub
26.08.2015 [10:07]
Ramiz Şabanov: Əminik ki, ümumxalq partiyası olan YAP növbəti parlament seçkilərində də parlaq qələbə qazanacaq
“Məlum olduğu kimi, avqustun 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə YAP Mərkəzi Seçki Qərargahının Yevlax şəhərində partiyanın Mingəçevir şəhər və Bərdə, Ağcabədi, Goranboy, Tərtər, Yevlax, Ağdam, Xocalı, Laçın rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib. Parlament seçkiləri kampaniyasına hazırlıqla bağlı məsələlərin müzakirə edildiyi həmin müşavirədə seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün tövsiyə və tapşırıqlar verilib. YAP Tərtər rayon təşkilatı da öz fəaliyyətini İcra Katibliyinin tövsiyə və tapşırıqları əsasında qurub”.
Bunu Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və rayon təşkilatının Seçki Qərargahının sədri Ramiz Şabanov qərargahın avqustun 24-də keçirilən növbəti iclasında bildirib. Onun sözlərinə görə, noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP Tərtər rayon təşkilatında 11 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb: “Seçki Qərargahının ilk iclasında isə hər bir məntəqədə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər təyin edilib, eləcə də, təbliğat kampaniyasında iştirak edəcək fəalların tərkibi müəyyənləşdirilib”.
Seçkilərə hazırlığın yüksək səviyyədə keçdiyini deyən Ramiz Şabanov onu da əlavə edib ki, YAP Tərtər rayon təşkilatının Seçki Qərargahının üzvləri arasında iş bölgüsü və üç mərhələdən ibarət Fəaliyyət Proqramı hazırlanaraq təsdiq edilib, həmçinin, 10 nəfərdən ibarət imza toplayanlar müəyyənləşdirilib: “Eyni zamanda, Seçki Qərargahının üzvlərinə treninq keçirilib, hər bir qərargah üzvünün görəcəyi işlər konkretləşdirilib. YAP Tərtər rayon təşkilatı növbəti parlament seçkilərində YAP-ın namizədlərinin layiqli qələbə qazanması üçün bütün zəruri tədbirlərin vaxtında həyata keçirilməsini təmin edəcək”.
“Əminik ki, ümumxalq partiyası olan YAP növbəti parlament seçkilərində də parlaq qələbə qazanacaq”, - deyən Ramiz Şabanov onu da əlavə edib ki, Tərtər rayonu üzrə 2 Seçki Dairəsi mövcuddur: 95 saylı Tərtər və 97 saylı Goranboy-Tərtər-Ağdam Seçki Dairəsi: “Ümumilikdə rayon üzrə seçkilərdə 40707 nəfər, o cümlədən, 95 saylı Seçki Dairəsi üzrə 37538 nəfər, 97 saylı dairə üzrə isə 3169 nəfər seçici qeydiyyatdadır”.
İclasda, həmçinin, qərargah üzvlərindən K.Məmmədov, G.Əhmədova, Z.İbrahimov və başqaları çıxış ediblər. Çıxışçılar parlament seçkilərində partiyamızın layiqli qələbəsinin əldə olunması üçün yerinə yetirilməli olan vəzifələrin Tərtər rayonunda yüksək əhval-ruhiyyə şəraitində həyata keçiriləcəyini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

